Qazli Su - Wikipedia
Qazlı_su - Haqqında Məlumat
Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su.
Növləri
redaktəQOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var:
- karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər az qazlı;
- orta qazlı — 0,3-0,4 %;
- çox qazlı — 0,4 %-dən çox.
Tarixi
redaktəTəbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hippokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır.
Nəhəng istehsalçılar
redaktə- Dr. Pepper Snapple Group (ABŞ)
- PepsiCo, Incorporated (ABŞ)
- The Coca-Cola Company (ABŞ)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəVikianbarda Qazlı su ilə əlaqəli mediafayllar var.