Qazaxlar Fuzuli - Wikipedia
Qazaxlar — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd | |
Qazaxlar | |
---|---|
39°24′19″ şm. e. 47°19′12″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 918 nəfər (2009) |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQazaxlar kəndi əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə, onun vəfatından sonra isə oğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana 9 ailə vergi ödəyirdi. Kədxuda Musa, təbib Ağa Məhəmmədhüseyn vergidən azad olunmuşdu. Xorasanoğlu məaf idi.
Toponimikası
redaktəDüzənlikdədir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 918 nəfər əhali yaşayır.[2] 2012-ci ilin fevralın 15-də Qazaxlar kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kəndə tədbir keçirilmişdir.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "ARDNŞ Xəbərlər arxivi - 2012 Fevral ayı". 2012-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-07.