Qazaniyye Doyusu - Wikipedia
Qazaniyyə döyüşü — 1410-cu ildə Qaraqoyunlular ilə Şirvanşahlar arasında baş verən toqquşma.
Qazaniyyə döyüşü | |||
---|---|---|---|
Tarix | 24 avqust 1410 | ||
Yeri | Təbriz | ||
Səbəbi | Sultan I İbrahimin müttəfiqi Sultan Əhmədə kömək üçün ordu göndərməsi | ||
Nəticəsi |
Qaraqoyunlu qələbəsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Döyüşdən əvvəl
redaktəQara Yusif 1409-cu ilin əvvəllərində Əlincə qalasını ələ keçirdi və həmin ilin payızında Pir Ömərin başçılığı altında Qaraqoyunlu ordusunu Şəki hakimi Seydi əhməd üzərinə göndərdi.Qaraqoyunlular Şirvanın xeyli hissəsini talan edərək Təbrizə döndülər.Bu zaman Sultan Əhmədin elçisi Təbrizə gələrək Həmədan yaylağını Qara Yusifdən istədi. Lakin, Qara Yusif rədd cavabı verərək elçini geri qaytardı. Bu zaman Van hakimi İzzəddin Şir Qara Yusifi Şirvana növbəti yürüşdən çəkindirdi və onu Şirvanşah İbrahimlə barışdırdı [1][2] Qara Yusifin siyasi və hərbi Qara Yusif 1410-cu ilin yayını keçirmək üçün yenidən Aladağa getdi və yerli əhalinin Ərzincan hakimindən şikayətləri onu Ərzincan şəhərini mühasirəyə almağa vadar etdi.45 günlük müqavimətdən sonra Şəhər ələ keçirildi. Bu zaman Həmadan yaylağının verilməməsindən qəzəblənən və Azərbaycan Qaraqoyunlu dövlətinin getdikcə güclənməsindən narahat olan Sultan Əhməd Qara Yusifin Ərzincan şəhərini mühasirəyə almasından istifadə edərək vaxtı ilə bağladıqları əhdi pozaraq Təbriz üzərinə hücum etdi.Qara Yusif bu xəbəri alaraq Azərbaycana hərəkət etdi.Vaxtı ilə acı günlər keçirmiş olan iki əski dost son dəfə qarşı-qarşıya gəldi.Şübhəsiz ki, qəbahət Sultan Əhməddə olmuşdu.O, nəinki Qara Yusiflə bağladıqları əhdi pozmuş, həmçinin onun Ərəb İraqında möhkəmlənməsində də dostu Qara Yusifin göstərmiş olduğu yardımı lazımi səviyyədi qiymətləndirməyi bacara bilmədi.1410-cu il avqustun 30-da Təbrizin 2 fərsəxliyində Əsəd kindində tərəflər arasında baş verən döyüədə Qara Yusif tam qələbə qazanaraq Sultan Əhmədi əsir aldı. Qara Yusif Sultan Əhməddən Azərbaycanı oğlu Pirbudaqa, Ərəb Iraqını isə digər oğlu Şahməhəmmədə verilməsi haqda yarlıq aldıqdan sonra Cəlairi əmirlərinin təkidi ilə onun öldürülməsinə razılıq verdi.
Döyüş
redaktəAtası onu Cəlairilərin qaraqoyunlulara qarşı mübarizəsində dəstək olmaq üçün Təbrizə göndərir. 1410-cu ildə, Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatır. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alınır. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasında saxlanılırdı.[3] Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etir. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxaraq, hədsiz iltifat göstərir və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərir. Şirvanşah Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirir.[4]
İstinadlar
redaktə- ↑ Sümer F. Kara-Koyunlular (Başlanğıcdan Cihanşaha kadar). c.I. TTK Bısemevi, Ankara, 1984, s.88
- ↑ Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu hökmdarı Qara Yusifin siyasi və hərbi fəaliyyəti. // «Hərbi bilik», 2006, s.69-70
- ↑ Mustafa Yasin İşgüzar,Karakoyunlu hükümdarı Kara Yusuf ve dönemi, s.88
- ↑ Həsən Rumlu. Əhsən ət-Təvarix