Qaziqumlaq - Wikipedia
Qazıqumlaq - Haqqında Məlumat
Qazıqumlaq — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati-ərazi vahidində kənd. Şirvan düzündədir.[1]
Qazıqumlaq | |
---|---|
40°32′10″ şm. e. 47°31′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 21 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4350 (2009) nəfər |
Əhalisi
redaktəƏhalisinin sayı 4350 nəfərdir.[2]
Toponimikası
redaktəŞirvan əhalisinin dilində kəndin adı Qazqumlaq kimi səslənir. Yerli məlumata görə, bir qazı qumluq ərazidə yurd saldığı üçün, bu yer Qazıqumlağı adlandırılmışdır. Sonralar burada salınmış kəndə də Qazıqumlaq adı verilmişdir. Oykonimin əsli isə Qazıqumuqdur. Qazıqumuqlar Dağıstanın qədim yerli xalqlarından biri olub, "laklar" da adlanırlar. Oğuz rayonunun Yuxarı Filfili kəndində Qazıqumuqlu Surxay xanın XVIII əsrdə tikdirdiyi qala qalmaqdadır.[3]