Qazi Karta - Wikipedia
Qazı (qaz. қазы, qırğ. казы, başq. ҡаҙы, tatar. казылык, özb. qazi, krımtat. къазылыкъ) — bir sıra türk xalqları arasında sucuq və beşbarmaq hazırlanmasında istifadə edilən at ətli kolbasa,delikatesdir. Həm də qazı sözü bu kolbasanın hazırlanmasında istifadə olunan qabırğa yağı mənasını ifadə edir.[1]
Qazı-Karta | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Başqırdıstan mətbəxi Qazaxıstan mətbəxi Qaraqalpaq mətbəxi Qırğız mətbəxi Tatar mətbəxi, Özbəkistan mətbəxi |
|
Təfərrüatları | |
Tipi | kolbasa |
Digər mətbəxlərdə | |
Digər mətbəxlərdə | sucuq |
Tarixi
redaktəAt əti çox kaloridir və köçərilərin həyatının sərt iqlim şəraitinə uyğunlaşmasında və uzun ömürlü olmalarına kömək edir.
Qeyd etmək lazımdır ki, bütün atlar ət üçün kəsilmir və at əvvəlcədən kökəldilir. Atlar bütün il boyu kəsilə bilinsə də, əsasən "soğum" fəslində(qaz. соғым, qırğ. согум, tatar. сугым) - ilin sonuna, qışa doğru kəsilir.
Qazı, başqırdlar, qırğızlar və qazaxların milli mətbəxinin ayrılmaz bir hissəsidir, ən sevdikləri yeməklərdən biridir. Karta isə (qaz. қарта, başq. ҡарта) — atın bağırsağıdır (içindəki yağ ilə). Yuyulur və yüngülcə duzlanır. Qaynadılmış şəkildə istifadə olunur. Türk xalqları (qazaxlar, qırğızlar, tatarlar, qaraqalpaqlar) arasında bu bir delikates hesab olunur. Tatarlar atın bağırsağı içərisindəki yağı ilə birgə əylendirmə (әйләндермә) deyilir.
Hazırlanması
redaktəÇox vaxt qazı və karta ətlə birlikdə bişirilir (qaz. ет, qırğ. эт, tatar. it) və birlikdə böyük bir yemək kimi verilir. Narın və ya beşbarmaq ilə birlikdə süfrəyə verilə bilər.
Tatarlarda at əti, payızın sonlarında bağırsaqları ilə birlikdə çəlləklərdə marina edilir və mart ayında doldurulmağa başlayır və qurudulmaq üçün asılır, sonra qurudulur və ya hisə verilir.[2]
Qazaxıstanda fərqli cürdə hazırlanır: kəsilən atın cəmdəyindən qabırğalı ət kəsilir, mütləq yağlı hissəsi olmalıdır və qanın 5-7 saat boşalmasına icazə verilir. Bağırsaqlar yaxşı yuyulur və 1-2 saat duzlu suda saxlanılır. Bir az qurudulmuş ət zolaqlar şəklində nazik kəsilir. Sərt tikə kəskin bıçaqla kəsilir, qığırdağı çıxarılır və yağı dağılmır. Hazırlanmış ət duzlanır, istiot, istəyə görə xırda doğranmış sarımsaq əlavə olunur və 2-3 saat bükülür. Bundan sonra ət bağırsaqlara doldurulur, ucları bağlanır, sonra kiçik atəşdə ən azı 2 saat geniş bir qabda bişirilir.[2]
İstinadlar
redaktə- ↑ Казы // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. III. — ISBN 9965-9746-4-0.
- ↑ 1 2 I ate horse ass in Kazakhstan Arxivləşdirilib 2015-02-09 at the Wayback Machine Vice
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- ru:Похлёбкин В. В. Казахская и киргизская кухня//Национальные кухни наших народов
- К. Махмудов. Узбекские блюда. — Ташкент: Узбекистан, 1976. — С. 301.
- Ю. А. Ахметзянов, Р. Г. Мухамедов, Х. С. Бикбулатова, Р. Г. Иванов — «Татарская кухня» ru:Казань Татарское книжное издательство, 1985—319 с. с ил.; 8 л. вкл.
- Баймуканов Д., Акимбеков А., Юлдашбаев Ю., Исхан К.. Технология производства национальных изделий и блюд из конины в Казахстане (PDF) // Пищевая индустрия (журнал). № 3 (33). — 2017. iyun. — 42—45.
Xarici keçidlər
redaktə- Рецепт приготовления Казы // mysmenu.ru
- Казы