Qaymaq Mustafa Pasa - Wikipedia
Qaymaq Mustafa Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]
Qaymaq Mustafa Paşa | |
---|---|
كايماك مصطفى باشا | |
12 sentyabr 1721 – 28 sentyabr 1730 | |
Əvvəlki | İzmirli Süleyman Paşa |
Sonrakı | Abdi Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat səbəbi | edam[d] |
Dəfn yeri | Mərzifonlu Mustafa Paşa mədrəsəsi |
Atası | Bayburtlu Qara İbrahim Paşa |
Həyat yoldaşı | Fatma xanım |
Uşaqları |
Sultanzadə Yəhya bəy Sultanzadə Mehmed Əsad bəy |
Rütbəsi | Admiral |
Həyatı
redaktəDoğum tarixi bilinmir. Atası IV Mehmedin sədrəzəmlərindən Bayburtlu İbrahim Paşa, anası isə yenə eyni dövrün sədrəzəmlərindən Mərzifonlu Mustafa Paşanın qızı Fatma xanım idi. Kiçik yaşlarından saraya alındı və burada Əndərunda təhsil aldı. Qapıçıbaşılığa qədər yüksəldi, ardından 1717-ci ilin fevralında ikinci miraxur, həmin ilin iyununda isə qapıçılar kəndxudası oldu. Bu dönəmdə sədrəzəm Nevşəhərli İbrahim Paşanın qızı Fatma xanımla (ö. 1765) evləndi və onun yaxın adamlarından biri halına gəldi.
1718-ci ilin mayında nişançı vəzir, 1721-ci ilin sentyabrında isə kaptan-ı dərya təyin edildi. Qətlinədək bu vəzifədə qalmışdır. Ancaq qaynatası Nevşəhərli İbrahim Paşa və onun digər qızı Hibətullah xanımın (ö. 1774) əri olan sədarət naibi Mehmed Paşa ilə münasibətləri pis idi və sırf onların vəzifədən alınması üçün tərtiblədiyi üsyan getdikcə böyüyərək qiyama çevrildi. Patrona Xəlilin rəhbərlik etdiyi üsyan, Lalə dövründən narazı olan əhalinin də qatılmasıyla geniş vüsət aldı. Üsyanın pərdə arxasında öz kürəkəni Mustafa Paşanın olduğunu anlayan sədrəzəm üsyanın altıncı günü onu vəzifədən aldı və kaptan-ı dəryalığa Sultan Əhmədin digər kürəkəni Abdi Paşa gətirildi. Buna baxmayaraq iğtişaşlar səngimədi və 29 sentyabr günü saraya edam edilməsi tələb edilən dövlət adamlarının siyahısı göndərildi. Siyahıda sədrəzəm Nevşəhərli İbrahim Paşa ilə birlikdə, kürəkəni Mehmed Paşanın da adı vardı. Qaymaq Mustafa Paşanın bu siyahıda adı olmasa da, üsyanın dəstəkçisi olduğu üçün Sultan Əhmədiin əmriylə 1 oktyabr 1730 gecəsi digərləriylə birlikdə edam edildi və cəsədləri həmin gecə öküz arabasıyla saraydan çıxarıldı. Üsyançılar cəsədləri təhqir edərək Ətmeydanına qədər sürüklədilər. Ardından Mustafa Paşanın cəsədindən qalan parçaları babası Mərzifonlu Mustafa Paşanın mədrəsəsinin həyətinə dəfn edildi.
Sədrəzəm Nevşəhərli İbrahim Paşanın qızıyla evlənən Mustafa Paşanın bu nigahdan Sultanzadə Yəhya bəy (ö. 1735) və Sultanzadə Mehmed Əsad bəy (ö. 1775) adlı 2 oğlunun olduğu məlumdur.
Mənbə
redaktə- Songül Çolak, “Patrona Halil Ayaklanmasını Hazırlayan Şartlar ve İsyanın Payitahttaki Etkileri”, Türkler (nşr. Hasan Celal Güzel v.dğr.), Ankara 2002, XII, 525-529;
- 1730 Patrona İhtilâli Hakkında Bir Eser: Abdi Tarihi (nşr. Faik Reşit Unat), Ankara 1943
İstinadlar
redaktə- ↑ Mehmed Süreyya (haz. Nuri Akbayar) (1996), Sicill-i Osmani, İstanbul:Tarih Vakfı Yurt Yayınları