Qatilin Inanci Mense Film 2009 - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu.
Assasinin kredosu: Mənşə | |
---|---|
ing. Assassin’s Creed: Lineage | |
Janr |
döyüş macəra |
Rejissor | İv Simono |
Prodüserlər |
Pyer Reymond (CEO Hybride), Serj Haskot (icraçı prodüser), Yannis Mallat (icraçı prodüser), İv Qilmo (icraçı prodüser), Yan Uathed |
Ssenari müəllifləri | Uilyam Reymon, İv Simono |
Baş rolda | Romano Orzari |
Bəstəkar | Corc S. Klinton |
İstehsalçılar |
Ubisoft (Ubisoft Montreal) Hyrbide Technologies |
İlk baxış tarixi | 26 oktyabr 2009 |
Müddət | 36 dəq. |
Ölkələr |
Kanada Fransa |
Dil | ingiliscə |
İl | 2009 |
Rəng | rəngli |
IMDb | ID1587390 |
Filmi kanadalı rejissor İv Simono yönəltmişdir.
Süjet
redaktəFilmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir.
Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur. Covanni də bir Qatil kimi təhlükə ilə üzləşməli və təqsirkar partiyanı ədalətə təslim etməlidir.
Əhvalat Qatilin İnancı II-dən əvvəl baş verir, Covanni və oğlu Ezio-nun düşmənləri eynidir.
Bölümlər
redaktəFilm üç bölümdən ibarətdir. Müvafiq olaraq 14, 14 və 9 dəqiqəlik üç kiçik bölüm.
Film "Sonluq... sənin əllərindədir" (ing. The conclusion... is in your hands) sözləri ilə bitir (Başqa bir deyimlə: "Nəticə səndən asılıdır"). Həm də film bitərkən Qatilin İnancı II üçün mövzu qoyur.
Rollarda
redaktəFilm və oyun eyni heyət tərəfindən hazırlanıb. Hekayə səhnələri üçün bütün aktyorların (Devon Bostik istisnadır) hərəkətləri qeydə alındı, üzləri skan olundu, səsləri isə yazıldı
- Romano Orzari — Covanni Auditore
- Manuel Tadros — Rodriqo Borciya
- Claudia Ferri — Mariya Auditore
- Jesse Rath — Federiko Auditore
- Devon Bostick — Ezio Auditore
- Alex Ivanovici — Lorenzo de' Medisi
- Michel Perron — Uberto Alberti
- Roc Lafortune — Məhbus No. 1
- Arthur Grosser — Roma Papası IV Sikst
- Shawn Baichoo — Ata Antonio Maffei
- Peter Miller — Galeazzo Maria Sforza
- Harry Standjofsky — Silvio Barbarigo
- Frank Fontaine — Marco Barbarigo
- Maxime Savaria — Çapar
Əhəmiyyətli reaksiyalar
redaktə2010-cu il İGN-in məlumatına görə, "Qatilin İnancı: Mənşə! filminin ən çox izlənilən filmlərdən olmasının səbəbi onun yaxşı yönləndirilmiş süjeti, və videooyun əsasında çəkilməsinə baxmayaraq kinematoqrafiya elementlərinə də diqqət edilmiş olmasıdır.Filmin başqa bir yaxşı tərəfi xüsusi effektlərin yaxşı işlənməsi, intibah dövrü stilinin yaxşı hazırlanması olmuşdur. Tənqidçilər də bir çox əsas xarakterin, o cümlədən Covanni Auditore və Rodriqo Borciyanın keyfiyyətli səsləndirilməsini müsbət qiymətləndiriblər.[1]
İstinadlar
redaktə- ↑ "Assassin's Creed: Lineage Impressions – Movies Feature at IGN". 2012-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.
Xarici keçidlər
redaktə- assassinscreedlineage.uk.ubi.com — Rəsmi saytı
- Qatilin inancı: Mənşə — Internet Movie Database saytında
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |