Qarovulxana Dagi Ordubad - Wikipedia
Qarovulxana_dağı_(Ordubad) - Haqqında Məlumat
Qarovulxana dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1442,7 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin suayırıcısında zirvə. Biləv kəndindən 4,5 km-dək qərb-cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerfləşir.[1]
Qarovulxana dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1442,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.