Qarasu Haciqabul - Wikipedia
Qarasu_(Hacıqabul) - Haqqında Məlumat
Qarasu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Qarasu kənd inzibati ərazi dairəsində kənd.[1]
Qarasu | |
---|---|
40°09′51″ şm. e. 48°40′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKənd Şirvan düzündə yerləşir. Bu oykonim Hacıqabul gölünə tökülən bataqlıq-göl və bunları birləşdirən qolların (uz. 134 km.) ümumi adı olan Qarasuyun adı ilə bağlıdır. Keçən əsrdə Ukaynanın Krım vilayətində Karasu, Rusiyanın Nijni Novqorod vilayətində Karasulino, Karasulixa yaşayış məntəqələri qeydə alınmışdır.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2929 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsləri
redaktə- Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki.
- Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi.
- Talıbov Xalid — Bakı Şəhər İcra Hakimiyyətinin işçisi.
- İsgəndərov Əli — Azərbaycan Universiteti tələbə qəbulu üzrə komissiyanın sədri.
- Sülhəddin Gözəlov — Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri.
İqtisadiyyatı
redaktə2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Qarasu (Hacıqabul) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Hacıqabul rayonunun Qarasu kəndinə təbii qaz verilib". 2015-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-30.
Həmçinin bax
redaktə Hacıqabul rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |