Qaralama Terlan Asnoun - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Tərlan Asnoun, Vaxtı ilə biznes yazarlıq və xeyriyyəçilik işləri ilə məşğul olmuş, Sərbəst və Həvəskar şairədir.
Tərlan (Tara) | |
---|---|
Asnoun Tərlan Abbas qızı | |
Fayl:Tərlan Asnoun | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan,Ağcabədi |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Azərbaycan,Bakı |
Vətəndaşlığı | Azərbaycan, İngiltərə(Birləşmiş Krallıq) |
Fəaliyyəti | şairə, yazıçı, biznes |
Uşaqları | 2 Övlad,2 Nəvə |
Dini | İslam |
Şeirləri
redaktə(Qanlı Yanvar)
Qışın soyuq, şaxtalı bir ayında, Hamı dedi, qar yağacaq Bakıya Qar hardaydı, qarı görən oldumu? Qar yerinə güllə yağdı Bakıya.
Bakı, küçələrin qanla dolubdur, Doğma şəhər şəhid canla dolubdur, O qızıl güllərin yaman solubdur, Qar yerinə qan yağırdı Bakıya.
Ağ libasın boyanıb al qanına, Yamanca qıydılar cavanların canına, Şəhidlərim gedir Allah yanına, Qar yerinə güllə yağdı Bakıya.
Anan ölsün Şəhidlərin anası, Sənin yaran millətimin yarası, Qan içində üzür şəhid balası, Qar yerinə qan yağırdı Bakıya.
Faryad edib, allar göyə uzanıb eşit səsimizi,ey uca Allah! Güllə dəyib ürəklərə dayanıb, Qar yerinə güllə yağır Bakıya.
30 ildir sağalmayan yaramsız, Mən anayam, siz də mənim balamsız, Ağlayırıq biz analar aramsız, Qar yerinə qan yağırdı Bakıya.
Doğma şəhər işıqların niyə belə sönübdür? Şəhidlərə laylay çalır ulduz belə, ay belə, Tanrının da üzü bizdən dönübdür, Qar yerinə güllə yağır Bakıya.
Belə qəmli durma, anam gəlini, Dua et, Tanrıya uzat əlini! Intiqam yuyacaq bu qan selini, Qar yerinə qan yağırdı Bakıya.
Göy üzünü qara bulud alıbdır, Üstümüzə matəm toru salıbdır, Gör neçə ananın bağrı yanıbdır, Qar yerinə qan yağırdı Bakıya.
Mən anayam, naləm ərşa dayanar, Sarılıb torpağa şəhid balalar, Biz almasaq, intiqamı kim alar? Qar yerinə qan yağırdı Bakıya.
____________________________
(Dönürəm artıq)
Ana-ana deyib ağlamayın siz, Məzarda bağrımı dağlamayın siz, Mənə artıq bel bağlamayın siz, Bir də yanınıza dönə bilmərəm, Axan göz yaşlarınızı silə bilmərəm.
Ana müqəddəsdir ondan bezyməyin, Qəmli-Qəmli baxıb məni üzməyin, Axtarıb çölləri quzu kəsməyin, Bir də yanınıza dönə bilmərəm, Axan göz yaşlarınızı silə bilmərəm.
Məzarımın üstünə gələrsiz əlbət! Bəzən ağlayıb gülərsiz əlbət! Yetimlik nə imiw bilərsiz əlbət! Bir də yanınıza dönə bilmərəm, Axan göz yawınızı silə bilmərəm.
Atama anama dönürəm artıq! Yanan bir günəşəm sönürəm artıq! Sizi uzaqlardan görürəm artıq! Bir də yanınıza dönə bilmərəm, qapılar bağlandı əlvida artıq!.
Kariyera
redaktəElza İbrahimova -nın. sözləri Tərlan Asnouna məxsus “Bağışla Məni” ifası 2023-cü ildə Qızıl Fonda daxil edilib.
Tərlan Asnoun keçmiş illərdə Bakı Dövlət Universiteti -də Humanitar fənlər üzrə tədrislə məşğul olub.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Həyatı
redaktəAsnoun Tərlan Abbas qızı 1953-cü il dekabırın 7-də Azərbaycan SSR Ağcabədidə anadan olub. 1958-1969-cu illərdə Ağcabədi 2 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı institutuna indiki (Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuşdur.
Qeyd edək ki, Tərlan xanım Bakı kəndlərində xeyriyyə məqsədlər üçün ərazi və mərasim evləri tiktirib.
iki dəfə ailəli olub,İkinci evliliyi Əlcəzair vətəndaşı olan Ərəblə baş tutub, "Asnoun" Ərəb soyadını götürmüşdür. Tərlan Asnoun Vaxtı ilə biznes yazarlıq və xeyriyyəçilik işləri ilə məşğul olub, Sərbəst və Həvəskar şairədir. 1998-ci ildən İngiltərənin London şəhərində yaşayıb. 2024-cü ilin Avqustun 18-i Bakıda vəfat edib.
Qeyd edək ki, Tərlan xanım Flora Kərimova ilə Quda olublar.