Qaraguney Kelbecer - Wikipedia
Qaragüney_(Kəlbəcər) - Haqqında Məlumat
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Qaragüney | |
---|---|
40°04′50″ şm. e. 46°15′53″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Toponimikası
redaktəKənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır.[1] Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir.[2] Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır.
Coğrafiyası və iqlimi
redaktəKənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
İstinadlar
redaktə- ↑ Qaragüney (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Məzahir Təhməzov. Kəlbəcər. Ensiklopedik məlumatlar, Toponimlər, fotoşəkillər, xəritələr.
Həmçinin bax
redaktə Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |