Qarabaglar Duzu - Wikipedia
Qarabağlar_düzü - Haqqında Məlumat
Qarabağlar düzü — Kəngərli rayonu ərazisində cənub-qərbə enən maili düzənlik. Naxçıvan dağarası çökəkliyinin Arazboyu düzənliklərindən biri. Qarabağlar kəndindən başlayaraq cənub-qərb istiqamətində genişlənir və Qıvraq qəsəbəsinədək davam edir. Cənubda Xok kəndinədək uzanır. Düzün zəif parçalanmış səthi Pleystosenin qitə molassından (allüvial-prolüvial, delüvial, delüvial-prolüvial əmələgəlmələr) təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb hissəsində, Xoy antiklinalından şimalda yerləşir.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.