Qaraagac Nahiyesi - Wikipedia
Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib.
Tarixi
redaktəF.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi.[1][2] Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi"[3][4] Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı".[5][6] Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi.
Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi.
1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə
1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi:
- Ağca kənd
- Tuğullat
- Qutni
- Səralan
- Xatunabad
- Əlki
- Köratuz
- Sarımusa
- Kələbəddin
- Cüneydi
- Qarabağ-Yekəcik
- Bənövşəliabad
- Mübarəkabad
- Həsən Əgrə
- Nəhri Mübarəki
- Arazbun
- Miyanəci
- Hacıbəy Murad
- Öpməcə
- Usunçayı
- Ataşa
- Xuraman
- Qızqala
- Mustafa
- Mustafa Molla Məhəmməd
- Baban Abdal
- Xaçıqan
[7] 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi. Bu miqdardan Qaraağac qəzasının üzərinə düşən pay göstərilən kimidir.
- 1.Qaraağac ………………………….636 tümən 5434 dinar vergi. Qaraağac hakimi 210 nəfərlik dəstəyə malik idi.
Qaraağac nahiyəsi Osmanlı dönəmində, 1727-ci ildən sonra Bayat nahiyəsi adlandı.
İstinadlar
redaktə- ↑ Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. Перевод с персидского на английский, введение, приложение и комментарии В. Ф. Минорского; Перевод с английского на русский Т. А. Минорской; Редакторы: З. М. Буниятов, О. А. Эфендиев; Институт истории АН АзССР. Баку: Издательство «Элм», 1987, с. 119
- ↑ Efendiev O.A. Karabax v sostave…, s. 63.
- ↑ Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини. Перевод с персидского на английский, введение, приложение и комментарии В. Ф. Минорского; Перевод с английского на русский Т. А. Минорской; Редакторы: З. М. Буниятов, О. А. Эфендиев; Институт истории АН АзССР. Баку: Издательство «Элм», 1987, с. 101
- ↑ Efendiev O.A. Karabax v sostave…, s. 63.
- ↑ Xunci F.R. Gös.əsəri, s. 101;
- ↑ Efendiev O.A. Karabax v sostave…, s. 63.
- ↑ "Gəncə-Qarabağ əyalətinin icmal dəftəri", Istanbul Başbakanlıq Arşivi, Tapu № 699.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Birinci Kəbirli mahalı. "Soy" dərgisi, 2 (22), 2009, səh. 91–104.