Qara Cengaver Film Musiqisi - Wikipedia
“The Dark Knight: Original Motion Picture Soundtrack” Kristofer Nolanın 2005-ci ildə çıxarılmış “Betmen:Başlanğıc” filminin sikveli olan 2008-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur. Film musiqisi 15 iyul 2008-ci ildə üç fərqli nəşrdə təqdim edilmişdir: CD, limitli CD dijipak və dijital yükləmə. 2CD-li Xüsusi buraxılış 9 dekabr 2008-ci ildə DVD ilə bir yerdə çıxarılmışdır. 180-gramvinil LP verisyası 12 avqust 2008-ci ildə çıxarılmışdır.[1] Film musiqisi “Betmen:Başlanğıc” filminin musiqisini yazmış Hans Zimmer və Ceyms Nyuton Hovard tərəfindən bəstələnmiş və 2008-ci ilin aprelində lentə alınmışdır.
The Dark Knight: Original Motion Picture Soundtrack | |
---|---|
Hans Zimmer və Ceyms Nyuton Hovard tərəfindən ifa olunmuş soundtrack album | |
Yayımlanma tarixi |
CD 15 iyul, 2008 LP 12 avqust, 2008 Xüsusi buraxılış 9 dekabr, 2008 |
Yazılma tarixi | 4 aprel, 2008 - 30 aprel, 2008 |
Janr | film musiqisi |
Müddət | 73:24 |
Leybl | Reprise |
|
Yazılması
redaktəZimmer qeyd edir ki, Betmen mövzusu “Betmen:Başlanğıc” filminin sonunda təqdim edilir və sonradan personajın inkişafı ilə mövzu da inkişaf etdirilir.[2] Zimmer və Hovard belə hesab edirdilər ki, sırf qəhrəman mövzusunun yaradılması personajın mürəkkəbliyi və qaranlıqlığın rədd edə bilər. Zimmer Betmen mövzusunu (iki dəfə filmin əvvəlində, bir dəfə sona yaxın, bir dəfə isə bağlanış titrləri zamanı səsləndirilir) “qırmızı siyənək” adlandırır və violonçel ilə ifa edilən musiqi öncədən işarə edilmə[3] kimi təqdim edir.
Doqquz dəqiqəlik Coker süitası ("Why So Serious") elektrik violonçel, solo skripka, gitara və simli bölmə ilə ifa edilən iki not ətrafında qurulmuşdur. Zimmer onun stilini özünün də mənşəcə bağlı olduğu Almaniyanın “Kraftwerk” qrupunun və “The Damned” kimi qupların musiqi stili ilə müqayisə edir. Ekrandakı görüntünü müşayət etmək üçün süita boyu Zimmer ülgüc və simli alətin təmasından yaranan cingiltili səsdən istifadə etmişdir. Hit Ledcerin ölümündən sonra, Zimmer qeyd edir ki, orijinal materialın daha sakit, yeni musiqi ilə əvəz edilməli olduğunu hiss etmişdir, lakin bu addımın “şeytani performans”a kölgə sala biləcəyini düşündüyünə görə fikrindən daşınmışdır.[4] Ceyms Nyuton Hovard Harvi Dent/İki üz üçün “eleqant və gözəl” mövzu bəstələmişdir.[3]
“Betmen:Başlanğıc” filmində Betmenin Ras al Qulu ölmək üçün tərk etdiyi səhnədə istifadə olunmuş musiqi, “Qara cəngavər” filmində Betmenin Cokeri binadan asdığı səhnədə istifadə edilir. Bu musiqi daha sonra “Qara cəngavər:Əfsanənin dirçəlişi” filmində də istifadə olunur. Musiqi iki diskli xüsusi buraxılışa daxil edilib, həmçinin onu "We Are Tonight's Entertainment" parçasında da dinləmək olar. İkinci disk “The Dark Knight (Bonus Digital Release)” adı ilə ayrıca albom kimi onlyan yükləmə satışına çıxarılıb. Bu albomun üz qabığında Coker və Betmen birlikdə təsvir edilib.[5][6] “Qara cəngavər” film musiqisində digər diqqətçəkən motivlər arasında “Chance” (Qordonun ölümünün ehtimalı), “Watchful Guardian” (Harvinin ölümü) və “Agent of Chaos” (Reyçelin ölümü) musiqilərini qeyd etmək olar.
Satış göstəriciləri
redaktəİlk həftədə 25.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında 20-ci yerdə debüt etmişdir.[7] Çıxarılmasının ikinci həftəsində 20.000 nüsxə satış göstəricisi ilə albom 23-cü yerə enmişdir. Üçüncü həftədə 2.100 nüsxə satışsa albom ilk yüzlükdən çıxaraq 192-ci yerdə qərarlaşmış, dördüncü həftəsində isə ilk ikiyüzlüyü tərk etmişdir.
2-CD-li “Qara cəngavər” xüsusi buraxılışı 9 dekabr 2008-ci ildə çıxarılmışdır. 14 parçanın daxil olduğu sabit albomdan fərqli olaraq, xüsusi buraxılışa daxil olan ikinci diskə 10 parça və “The Crystal Method”, Pol van Dik, Mel Uesson və Riland Ellison tərəfindən işlənmiş dörd remiks də daxil edilmiş, iki disk birlikdə dijital kitab kimi qablaşdırılmış və dəri üzlüyün üzərində Betmen işarəsi yaradılmışdır. Dijital kitab buraxılışına bir neçə film səhnəsi, istehsal detalları, Kristofer Nolan, Hans Zimmer və Ceyms Nyuton Hovardın birgə bəzi müzakirələri də daxil edilmişdir. Birinci disk tamamilə orijinal disklə eynidir, əlavə parçalar və remikslər isə ikinci diskdədir. Bu iki diskdə film musiqilərinin əsas hissəsi yer alsa da, onlar filmdəki ardıcıllıqla düzülməmişdir.
Qəbulu
redaktəİcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
AllMusic | [8] |
Empire | |
Film Music Magazine | B |
Filmtracks | |
iTunes | Müsbət |
SoundtrackNet | |
Tracksounds |
Film musiqisi əsasən müsbət rəylər almışdır. tracksounds.com və soundtrack.net kimi veb saytlar əsasən müsbət rəylər nəşr edərək, elektron və orkestral musiqinin qarışımının istifadə olunduğu film musiqisinin Tim Börtonun “Betmen” və “Betmen:Qayıdış” filmlərinə Denni Elfman tərəfindən yazılmış musiqidən fərqləndiyini qeyd etmişlər.[9][10][11] Movie Music UK və Filmtracks.com kimi saytlar isə film musiqisinin zəif və qeyri yaradıcı olduğunu, mövzuların bir çoxunun hər iki bəstəkarın, xüsusilə Zimmerin əvvəlki film musiqilərindən alındığını qeyd etmişlər. Filmtracks.com şərhçisi Kristian Klemmensen "Why so Serious" parçasını (Coker süitası) dinlənilməz adlandırır və qeyd edir ki, musiqiyə sərf etdiyiniz doqquz dəqiqə “həyatınızın itirilmiş və geri qaytarılmayan doqquz dəqiqəsi olacaq”. Digər şərhçilər Betmen üçün yazılmış yeni qəhrəman mövzusunun “Like a Dog Chasing Cars” mövzusuna çox bənzədiyini bildirirlər, Klemmensen isə musiqinin “Sonuncu samuray”, “Nazik qırmızı xətt”, “Da Vinçi şifrəsi” və “Tünd qırmızı axın” filmlərinin musiqisindən təsirləndiyini qeyd edirlər.[12][13]
Mükafatlar
redaktə8 fevral 2009-cu ildə film musiqisi Ən yaxşı vizual media film musiqisi nominasiyasında Qremmi mükafatına layiq görülmüşdür.[14] 2009-cu ilin mayında film musiqisi Ən yaxşı film musiqisi nominasiyasında Klassik BRIT Mükafatına layiq görülmüşdür.
Kompozisiyaların siyahısı
redaktə№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Why So Serious?" | 9:14 |
2. | "I'm Not A Hero" | 6:34 |
3. | "Harvey Two-Face" | 6:16 |
4. | "Aggressive Expansion" | 4:35 |
5. | "Always A Catch" | 1:39 |
6. | "Blood On My Hands" | 2:16 |
7. | "Like A Dog Chasing Cars" | 5:02 |
8. | "A Little Push" | 2:42 |
9. | "I Am The Batman" | 1:59 |
10. | "And I Thought My Jokes Were Bad" | 2:28 |
11. | "Agent Of Chaos" | 6:55 |
12. | "Introduce A Little Anarchy" | 3:47 |
13. | "Watch The World Burn" | 3:19 |
14. | "A Dark Knight" | 16:14 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Bank Robbery (Prologue)" | 5:23 |
2. | "Buyer Beware" | 2:55 |
3. | "Halfway To Hong Kong" | 3:43 |
4. | "Decent Men In An Indecent Time" | 9:14 |
5. | "You're Gonna Love Me" | 4:51 |
6. | "Chance" | 9:14 |
7. | "You Complete Me" | 3:33 |
8. | "The Ferries" | 4:50 |
9. | "We Are Tonight's Entertainment" | 5:37 |
10. | "A Watchful Guardian" | 6:45 |
11. | "Why So Serious? (The Crystal Method Remix)" | 5:30 |
12. | "Poor Choice Of Words (Paul van Dyk Remix)" | 6:14 |
13. | "Gunpowder And Gasoline (Remix by Mel Wesson)" | 4:33 |
14. | "Rory's First Kiss (Remix by Ryeland Allison)" | 6:03 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Balmoral" | 1:33 |
2. | "Scatterin' Monkey" | 2:32 |
3. | "4 A Moment of Silence" | 6:46 |
Hit-parad göstəriciləri
redaktəHit-parad (2008) | Yüksəldiyi yer |
---|---|
U.S. Billboard 200[16] | 20 |
Top Internet Albums[16] | 23 |
Top Soundtracks[16] | 3 |
İstinadlar
redaktə- ↑ "The Dark Knight Original Motion Picture Soundtrack Coming July 15". IESB. 2008-05-29. 2008-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ Dan Goldwasser. "Breaking the Rules with Hans Zimmer, Part 3". SoundtrackNet. soundtrack.net. 2006-11-02. 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ 1 2 Todd Martens. "Zimmer Brings 'punk attitude' to Batman with 'The Dark Knight'". Los Angeles Times. latimes.com. 2008-06-02. 2008-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ Jeanne Wolf. "Singing the Joker's Praises". Parade. parade.com. 2008-07-01. 2012-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ "The Dark Knight Special Edition at Amazon.com". 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-07.
- ↑ "The Dark Knight (Bonus Digital Release) by Hans Zimmer & James Newton Howard - Download The Dark Knight (Bonus Digital Release) on iTunes". Itunes.apple.com. 2009-01-27. 2014-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ "Billboard News Release". 2013-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-07.
- ↑ AllMusic review
- ↑ "The Dark Knight (Soundtrack) by Hans Zimmer and James Newton Howard". Tracksounds.com. 2007-06-04. 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ "The Dark Knight Soundtrack | Review on". Scorenotes.com. 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-02.
- ↑ Mike Brennan. "SoundtrackNet : The Dark Knight Soundtrack". Soundtrack.net. 2008-07-23. 2013-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ "Arxivlənmiş surət". Archived from the original on 2009-02-23. İstifadə tarixi: 2016-03-07.
- ↑ "The Dark Knight (Hans Zimmer/James Newton Howard)". Filmtracks. 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ "Composer Hans Zimmer & James Newton Howard: Return of the Dynamic Duo". Tracksounds!. 2008-05-30. 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.
- ↑ Qara cəngavər bağlanış titrləri
- ↑ 1 2 3 "Billboard Albums: The Dark Knight". AllMusic. İstifadə tarixi: 7 mart 2016.
Xarici keçidlər
redaktə- Qara cəngavər Film musiqisi Arxivləşdirilib 2009-02-03 at the Wayback Machine - rəsmi veb sayt
Sələfləri Ratatuy |
Ən yaxşı film musiqisi albomuna görə Qremmi mükafatı 2008 |
Xələfləri Yuxarı |
ABŞ kinematoqrafı portalı Superqəhrəmanlar portalı Böyük Britaniya portalı Film portalı Musiqi portalı |