Qaraci Karvansarayi - Wikipedia
Miəcik, Dərvişlər və ya Qaraçı karvansarası — Abşeron rayonunun Səngəçal qəsəbəsi yaxınlığında, Miəcik ərazisində orta əsrlərə aid memarlıq abidəsi.
Qaraçı karvansarası | |
---|---|
40°10′53″ şm. e. 49°28′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Abşeron rayonu |
Yerləşir | Pirəkəşkül |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Tarix
redaktəQədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.[1][2]
Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.[3]
Vəxəziyyəti
redaktəƏtrafında daş karxanaları və zibilxanalar var.[4] Dağılmaq təhlükəsi mövcuddur, hazırda qəzalı vəziyyətdədir. Divarlarda çatlar, dağıntılar var.[5]
2018-ci ildə A.R. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, karvansara abidəsi Qobustan Milli Tarixi-Bədii Qoruğunun tərkibinə veriləcək.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Qaraçı karvansarası". 2018-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ "Uzaq yolların tozu, yorğun yolçuların izini bugünə nə daşıyır?". Milli.az. 19 Yanvar 2016 tarixində arxivləşdirilib.
- ↑ Abşeron abidələri. Qaraçı karvansarası[ölü keçid]
- ↑ Manafov, Tərlan. "Qobustandakı unikal tarixi abidə dağılmaq təhlükəsi ilə üz-üzə - FOTO". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-19.
- ↑ Əsədli, Samir. "Mia.az yazdı, məhv olmaq üzrə olan qədim karvansara nəzarətə götürüldü - FOTOLAR (YENİLƏNİB)". mia.az (az.). İstifadə tarixi: 2024-10-19.
- ↑ Əbülfət, İlhamə. "Dağılmaq təhlükəsi ilə üzləşən unikal tarixi abidə ilə bağlı qərar verildi". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-19.