Qansuda Zelzele - Wikipedia
Qansu zəlzələsi — Qansu əyalətində baş vermiş təbii fəlakət.
Qansuda zəlzələ | |
---|---|
Tarix | |
Episentrin yeri | |
Ölənlər |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çinin Qansu əyalətində 16 dekabr 1920-ci ildə[1] baş vermiş dəhşətli zəlzələ ölkə üçün böyük fəlakətə çevrildi.
İnsan tələfatının miqyasları onunla izah edilir ki, bu yerlər "lyoss ölkəsi" adlanan ərazinin tən ortasında yerləşirdi. Xatırladaq ki, lyoss açıq sarı rəngli, kövrək, narın torpaqdır və buralara küləklər vasitəsilə Qobi səhrasından hələ dördüncü dövrdən gətirilmişdir.
Güclü yeraltı təkan lyossdan ibarət təpəcikləri hərəkətə gətirərək, burada məskən salan və mağara evlər düzəldən insanları bir an içərisində elə evlərindəcə məhv etdi.
Zəlzələyə məruz qalan rayonların biri sonralar Ölüm vadisi adını aldı, çünki zəlzələ nəticəsində ətraf dağlardan sürüşən torpaq qatları aşağıya doğru hərəkət edərək, yaşayış məntəqələrini və kənd təsərrüfatı sahələrini bir göz qırpımında yox etdi.
Baş vermiş zəlzələ bir çox sürüşmələrə yol açdı. Lyoss süxurlarının sürüşməsi və çökməsi nəticəsində böyük ərazilər qalın qum qatı altinda qalaraq,böyük faciəyə yol açdı.
1920-ci ildə Çinin Qansu vilayətində baş vermiş bu qorxunc zəlzələ nəticəsində 200000-dən artıq insan həlak oldu, ölkəyə iri miqyasda maddi ziyan dəydi.
İstinadlar
redaktə- ↑ Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.17