Qalib Ehmedov - Wikipedia
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru.
Qalib Əhmədov | |
---|---|
Əhmədov Qalib Əhmədxan oğlu | |
Digər adı | Qalib Qadir |
Doğum tarixi | |
Doğum yeri | Sileyli, Qəbələ |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktə1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur.
Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972).
2020-ci il iyunun 16-da vəfat etmişdir.
Karyerası
redaktəƏmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir. "Dünyaya pəncərə" qəzetinin baş redaktorudur (1998-ci ildən). Redaksiya elektron qəzet kimi fəaliyyətini bu gün də davam etdirir (www.dunyayapencere.com).
Əsərləri
redaktə- Birinci şəxs: Prezidentin portret cizgiləri, "Dünya", 1997, 208 səh., 2000 nüs.
- Demokratik İdarəetmənin rəhbər kadrları. B., "Siyasət", 1998, 272 səh., 500 nüs.
- Dövlət və rəhbər, B., "Sumqayıt", 1998, 282 səh., 1.000 nüs.
- Keçid dövrünün (1988-1998) siyasi paradoksları: Partiyalar, Liderlər, Cərayanlar. B., "Siyasət", 1998, 456 səh., 500 nüs.
- Sumqayıt və sumqayıtlılar. B., "Zaman", 1999, 446 səh., 1000 nüs.
- Sumqayıtla birgə ucalanlar. B., "Zaman", 2000, 288 səh., 400 nüs.
- Mühitim, müasirlərim, mülahizələrim. B., "Zaman", 2001, 368 səh., 500 nüs.
- İstedadlar: Ümidimiz, gələcəyimiz. B., "Zaman", 2002, 222 səh., 500 nüs.
- "Pervoe litso: ştrixi k portretu". B., "Dünya", 212 səh., 1000 nüs.
- Teymur Əhmədov: Ədəbi portret. ., "Nurlan", 2005, 110 səh., 300 nüs.
- Corat. Qloballaşan dünyanın daş yaddaşı. B., "Şirvannəşr", 2009, 214 səh., 1000 nüs.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |