Qalicitsa - Wikipedia
Qaliçitsa (mak. ⓘ) — Makedoniya Respublikası və Albaniya sərhəddi boyunca yerləşən dağ. Dağın Makedoniya hissəsində ölkənin 2 ən böyük gölü — Oxrid və Prespa arasında milli park yerləşir və sahəsi 227 kvadrat kilometrdən artıqdır.
Qaliçitsa | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.254 m |
Yerləşməsi | |
40°56′30″ şm. e. 20°48′23″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qaliçitsa milli parkının florası 1000-dən artıq növlə təmsil olunur və bunların içində relikt və endemik növlərin çox hissəsinin son yayılma sərhəddi Qaliçitsa dağında tamamlanır. İndiyədək yalnız Qaliçitsanın yamacları üçün xarakterik olan 11 endemik aşkar edilmişdir ki, bu da dağın özünəməxsus floraya malik olduğunu göstərir. Hazırda milli parkın florası üzərində intensiv iş aparılır və endemik bitkilərin sayının artması mümkündür.
Qaliçitsa zirvələrindən göllərə və qonşu dağlara gözəl mənzərələr açılır. Ən yüksək zirvə Maqarodur (2 254 metr).
Qalereya
redaktə-
Qaliçitsadan Oxrid gölünün cənub hissəsinə mənzərə
-
Qaliçitsa yaz vaxtı
-
Qaliçitsadan keçən yol
-
Qaliçitsadan Oxrid gölünün şimal hissəsinə mənzərə
-
Qaliçitsadan Oxrid qəsəbəsinə mənzərə
-
Ən yüksək zirvə, Maqaro (2 254 m)
-
Qaliçitsadan Oxrid gölünün şərq hissəsinə mənzərə
-
Koritadan Qaliçitsaya mənzərə