Qaladag Ordubad - Wikipedia
Qaladağ – Ordubad rayonu ərazisində dağ (hünd. 1349,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən cənuba uzanan Gəvək şaxəsində zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 2,5 km cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Üst Dərəlik yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxmış və Alt Pliosen yaşlı andezit-dasitlərdən təşkil olunmuş ekstruzivə uyğun gələn sıldırım yamaclı günbəzdir. Relyefdə kəskinliyi və ekzotik görünüşü ilə nəzəri cəlb edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Xoşkeşin-Düylün sinklinalının cənub-qərb qanadında yerləşir.[1]
Qaladağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1349,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.