Qala Xiyabani - Wikipedia
Qala xiyabanı və ya Həzi Aslanov xiyabanı – Lənkəran şəhərinin Həzi Aslanov və Şirəli Axundov küçələrinin kəsişməsində yerləşən tarixi xiyaban.
Qala xiyabanı | |
---|---|
Həzi Aslanov xiyabanı | |
Məlumatlar | |
Parkın tipi | Xiyaban |
Yerləşməsi | Lənkəran, Azərbaycan |
Sahəsi | 1,6 hektar |
Yaradılıb | 1970 |
Tabeçiliyi | Lənkəran Şəhər İcra Hakimiyyəti |
Statusu | İlboyu açıq |
Saytı | lenkeran-ih.gov.az |
Xiyaban 2008-ci ilin oktyabrın 8-də yenidənqurma işlərindən sonra yenidən açılmışdır. Yenidənqurma işləri zamanı ətrafdakı küçələr abadlaşdırılaraq müasir görkəmə salınmış, fəvvarələrdən ibarət meydan yaradılmış, Babalar abidəsi və Nəcəf bəy Vəzirovun heykəli ucaldılmışdır. Ümumi sahəsi 1,6 hektardan çox olan xiyabanda ölkəmizin bütün iqtisadi zonalarının göstəricilərini, eləcə də təbiətini, coğrafiyasını əks etdirən guşələr yaradılmışdır. Qala xiyabanında hər bölgə üzrə milli memarlıq abidələrindən ibarət maket də nümayiş etdirilir. Bu, təkcə lənkəranlıların deyil, həm də şəhərə gələn qonaqların Azərbaycan haqqında geniş məlumat almasına imkan yaradır.[1][2][3]
İstinadlar
redaktə- ↑ "Qala xiyabanı tamamilə yenidən qurulmuşdur". www.anl.az. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ cenublu_muellif. "Lənkəranın daha bir mərkəzi küçəsi təmirə bağlanıb". Cənublu (az.). 2023-06-16. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ NModern. "Şəhərin daha bir küçəsinə- Qala Xiyabanı küçəsinə yeni asfalt örtüyü döşənir". lenkeran-ih.gov.az (az.). İstifadə tarixi: 2024-03-05.