Qafqaz Qirqovulu - Wikipedia
Qafqaz qırqovulu (lat. Phasianus colchicus colchicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinin adi qırqovul növünə aid heyvan yarımnövü. Qafqaz qırqovuluna adından da göründüyü kimi Qafqaz ölkələrində və İranda rast gəlinir. Əslində Qafqaz qırqovulu dedikdə özündə 4 yarımnövü cəmləşdirən [colchicus] qrupu nəzərdə tutulur. Bu qrupun (Qafqaz qırqovulu) digər yarımnövlərdən başlıca fərqi erkəklərinin boğazında ağ halqanın olmaması və daha tünd rənglərə sahib olmasıdır.
Qafqaz qırqovulu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Dəstəüstü: Klad: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarımnöv: Qafqaz qırqovulu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Statusu
redaktəNadirdir.
Kateqoriyası
redaktə(II-EN). Təhlükə altındadır.
Genefond əhəmiyyəti
redaktəAzərbaycan faunasında cinsin 1 növünə daxil olan 3 yarımnöv yayılmışdır: Cənubi Qafqaz qırqovulu (lat. P.c.colchicus), Şimalı Qafqaz qırqovulu (lat. P.c.septentrionalis) və Talış qırqovulu (lat. P.c.talischensis).
Qısa təsviri
redaktəEv toyuğu boydadır (950-1300 q). Xoruzunun rəngi çox parlaq və əlvandır: qırmızı, qızılı, kürən, qara, göy, yaşıl qarışığıdır. Quyruğu uzun və pazvaridir, bənövşəyi-mis rənginə çalan sarı-qonurdur. Gözlərinin ətrafı lələksiz qırmızı dəridir. Talış qırqovulundan fərqli olaraq qarın tərəfinin tutqun rəngi ön hissədən yaşıl rəng ilə məhdudlaşıb. Toyuğunun rəngi solğundur.
Yaşayış yeri və həyat tərzi
redaktəKolluqda, kol yaruslu meşələrdə, alaq cəngəlliyində və qarğıdalı tarlasında yaşayır. Suya yaxın yerləri xoşlayır. Oturaqdır. Yerdə kol bitkilərinin dibində sadə yuva düzəldib 8-12 ədəd yaşıl çalarlı qonur yumurta verir, 23-25 gün kürt yatıb cücə çıxarır (toyuğu). Cücələr 45-50 gün ərzində pərvaz olurlar. Bitki (58 %) və həşərat (42 %) yeyirlər.
Sayı
redaktə1950-ci illərə qədər kütləvi ov quşu olub (400000 quş). Sonralar azalıb və yayılma sahəsi kiçilib. 1949-cu ildən 1965-ci ilə qədər sayı 2,5 dəfə azalıb. Kür-Araz ovalığında, Lənkəran düzənliyində, o cümlədən, Qızılağac Qoruğunda, Samur-Şabran düzənliyində, Naxçıvan Arazboyu düzənliyində nəsli kəsilib. Böyük və Kiçik Qafqazın dağətəyi rayonlarında da əsasən qoruq və yasaqlıqlarda qalıb.
Məhdudlaşdırıcı amillər
redaktəQədim dövrlərdən başlayaraq ov quşu kimi təqib edilməsi, yuvası yerdə olduğu üçün tülkü, çaqqal, vəhşi pişik, ilan kimi yırtıcılar tərəfindən tələf edilməsi, bəzək quşu kimi dirisindən və müqəvvasından geniş istifadə olunması, kolluq və cəngəlliklərin qırılması, yandırılması və təsərrüfat sahəsinə çevrilməsi, pestisidlərdən geniş istifadə olunması.
Əhali üçün əhəmiyyəti
redaktəElmi, estetik və dekorativ əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Bəzi qoruqlarda və Qusar, Şəki, Uludüz yasaqlıqlarında qorunub saxlanılır.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəQanunsuz ovçuluğa qarşı mübarizənin gücləndirilməsi, kolluqların və alaq cəngəlliklərinin yandırılmasının aradan qaldırılması, qırqovul yaşayan kolluqların qırılmasına qarşı tədbir görülməsi, yaşadığı əsas yerlərdə çaqqal və tülkü kimi yırtıcı heyvanların sayının azaldılması, Əyricədə qırqovul çoxaltma məntəqəsinin bərpa edilməsi.
İstinadlar
redaktə- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4