Qacaq Necef - Wikipedia
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır.
Qaçaq Nəcəf | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Xoy şəhristanı, Cənubi Azərbaycan, İran |
Vəfat yeri | Aslanbəyli, Qazax rayonu |
Həyatı
redaktəQaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur.
Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar.
Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Nəcəfgil 6 qardaş olmuşlar.
- Böyük qardaşı Molla Zal - Xoydan öz yurdları olan Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinə qayıtmışdır. Savadının hesabına orada Molla adı almışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Qaçaq Kərəmin babasıdır.
- İsmi - Qazax rayonunun Daş Salahlı kəndində yaşamışdır. Soyu Daş Salahlıda İsmiyevlər kimi tanınır.
- Talıb - Qazax rayonunun Ağköynək kəndində yaşamışdır. Soyu Ağköynəkdə Talıbovlar kimi tanınır.
- 5-ci qardaş - Borçalının Qardabani rayonunun Soğanlıq kəndində yaşamışdır. Qardaşlarından Nəcəflə əlaqəsi sıx olmuşdur
- Kiçik qardaşları - Qazax rayonunun Xanlıqlar və ya Kosalar kəndlərindən birində yaşamışdır.
Həmçinin bax
redaktəXarici keçid
redaktəİstinadlar
redaktə
Mənbə
redaktə- Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
- Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh.