Qezze Muharibesi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Qəzzə müharibəsi (ərəb. الهجوم على قطاع غزة; ivr. מבצע עופרת יצוקה) İsrail Silahlı Qüvvələrinin Hanukanın davam etdiyi[1][2] 27 dekabr 2008 tarixində yerli saatla 09:30 radələrində[3] Həmasın israilli vətəndaşlara və hərbi bölmələrə qarşı kassam raketli hücumlar etdiyi iddiası ilə başlatdığı müharibə.
Qəzzədə müharibə | |
---|---|
Tarix | 27 dekabr 2008 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxa plan
redaktə19 iyunda Misirin vasitəçiliyi ilə 6 aylıq atəşkəs elan olundu. 24 iyunda İsrail bir Fələstin İslami Cihadı komandirini öldürdü. Həmin gün İsrailə üç kassam raketi atıldı, 2 nəfər yaralandı. 26 iyulda FƏTH İsrailə raketlər göndərdi. Həmin gün Həmas İsrailin Qəzzə zolağındakı sərhəd qapılarını açmamağını atəşkəsin pozuntusu olaraq xarakterizə etdi. Bu xarakterizənin ardıyca Qəzzə zolağından İsrailə hər ay çox sayda raket və havan topu atışı davam etdi, ancaq nə İslami Cihad, nə FƏTH, nə də Həmas bu atışların məsuliyyətini öz üzərinə götürmədi.
4 noyabrda İsrail əsgərləri Qəzzə zolağına hərbi əməliyyat təşkil edib 6 Həmas üzvünü öldürdülər. Əməliyyatın səbəbinin sərhədin altından qazılan, İsrail polis bölməsini basıb əsgərləri girov götürməyi hədəf alan bir tunel olduğu söylənildi.
13 dekabrda İsrail Həmasın da təsdiqi ilə atəşkəsin davam etməsini istədiyini açıqladı. Ancaq daha əvvəlki açıqlamalarında da atəşkəsin davam etməsini Fələstin xalqının istəmədiyini deyən Həmas 20 dekabrda İsrail sərhədini açmadığı üçün atəşkəsi davam etdirməyəcəklərini vurğulayaraq qərb Negevə minomyot və raket atışlarına başladı. Həmas atəşkəsi pozmalarının səbəbinin Qəzzə sərhədinin açılmaması, beləliklə sadəcə insani köməklərin çatması olduğunu vurğuladı. İsrail Həmasın raket və minomyot atışları ilə silah qaçaqçılığını dayandırması halında sərhədi açacağını söylədi. Həmasın razı olmamasından sonra Qəzzə mühasirəsi davam etdi.
23 dekabrda İsrail ordusu Qəzzə sərhədinə bomba yerləşdirməyə çalışan üç fələstinlini öldürdü. 24 dekabrda 24 saat ərzində İsrailə 700-dən çox raket düşdü. Negevə 60-dan çox Katyuşa və kassam raketi ilə minomyot mərmisi atıldı. Həmas İsrail hədəflərinə 87 raket və minomyot mərmisi attığını açıqladı. İsrail ordusuna əməliyyat icazəsi verildi.
26 dekabrda İsrail Qəzzə zolağına beş keçiş qapısını insani yardımlar üçün açdı. Qapılardan 100 maşın taxıl, insani yardım və digər mallar Qəzzəyə daşındı. Həmçinin Qəzzədəki elektrik stansiyasının yanacaq klapanları açıldı. Bu həmləyə baxmayaraq Qəzzə zolağından bir düjün (onlarla) raket və minomyot mərmisi atıldı. İsrail qapıları açmağına baxmayaraq Həmasın davranışına görə əməliyyat edib-etməyəcəyini 28 dekabrda açıqlayacağını bildirdi.
İstinadlar
redaktə- ↑ For Hanukah Arxivləşdirilib 2009-02-04 at the Wayback Machine, lyrics by israeli national poet, Haim Nahman Byalik, mp3.co.il (ingilis dilində Arxivləşdirilib 2008-12-30 at the Wayback Machine)
- ↑ Operation 'Cast Lead' Begins; One Israeli and 205 Arabs are Dead Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine, Yeddinci kanal, 27 dekabr 2008
- ↑ "ANALYSIS / IAF strike on Gaza is Israel's version of 'shock and awe'". Ha’aretz. 27.12.2008. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27.12.2008. (#first_missing_last)