Qerbi Goyturk Dovleti - Wikipedia
Qərbi Göytürk xaqanlığı — Göytürk xaqanlığının parçalanmasından sonra yaranmış türk dövlətlərindən biri.
Tarixi dövlət | |
Qərbi Göytürk xaqanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Ötüken |
Dilləri | Qədim türk dili, Bulqar dilləri |
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | Tenqriçilik |
İdarəetmə forması | Xaqanlıq |
Xaqan | |
• | Bumid |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə576-cı ildə İstəyi Yabqu ölüncə yerinə oğulu Tardu keçərək yabgu olmuş və atası kimi dövlətin qərbini idarə etməyə başlamışdır. Dövlətin qərbini idarə edən Tardu, şərq qisimin rəhbərliyini də ələ alıb Göytürk Xaqanlığının başına keçmək istəyincə Tapo Xaqan ilə toqquşmuşdur. Tapo Xaqan 581-ci ildə ölüncə yerinə qardaşı oğlu İşbara Xaqan keçmişdir. Beləcə Tardu ilə İşbara Xaqan arasında bütün dövlətin başında dayanmaq uğrunda mübarizə başlamışdır.
Ənənələrə görə şərq tərəfinin baş Xaqan olması lazım idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Çin, Göytürk Xaqanlığındakı mövcud qarşıdurmanı daha da qızışdırmışdır. Çin İmperatoru qərbin yabgusu Tarduya elçi, hədiyyələr və qurd rəsmi olan bir bayraq göndərərək Tardunun hökmdarlığını tanıdığını bildirmişdir. Nəticədə Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Göytürk Xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır.
İşbara Xaqan ilə qarşıdurmalardan sonra müstəqil hərəkət etməyə başlayan Tardunun məqsədi şərq Göytürk xaqanını ortadan qaldıraraq ölkənin şərqində yaşayan Türk boylarını da özlərinə birləşdirmək idi. Qərb sərhədində müvəffəqiyyətlər qazanan Tardu, ölkəsini Tibetin qərbindən Krıma qədər genişlətmişdir. Tardu, Şərq Roma İmperatorluğu ilə etdiyi döyüşlərdən ötəri zəif düşən Sasani İmperatorluğuna təzyiq edirdi. 600-cü ildə Çinə səfərə çıxmışdır. Ancaq Çinlilərin Türk əsgərlərinin su içdiyi qaynaqlarını zəhərləmələri səbəbiylə Tardunun ordusu böyük itklər vermişdir. Çin səfərinin pis nəticələnməsiylə Töleste yaşayan Türk boyları dövlətə qarşı üsyan etmiş və 603-cü ildə Tardu öldürülmüşdür. Tardunun ölümündən sonra yerinə Çu-Lo keçmişdir. Çu-Lo Xaqan, Çin ilə əməkdaşlıq etmiş və Çində yaşamağa başlamışdır. Şərq Göytürk Xaqanı Şi-Pi Xaqan Çinlilərdən Çu-Lo Xaqanı təslim alaraq öldürmüşdür. Çu-Lo Xaqanın öldürülməsindən sonra Qərb Göytürklərin başına Şi-koei keçmişdir. Şi-koei Xaqan zamanında vəziyyət düzəlmişdir. Çu-Lo Xaqan və Şi-koei Xaqan Çin ilə yaxşı dolanılmağa çalışmışdır.
618-ci ildə Tardunun kiçik nəvəsi Tong Yabqu ölkənin başına keçmişdir. Onun adı köhnə türkcədə ümumiyyətlə "Örtül Yabgu" mənasındadır. Tong Yabgu dövründə Çində meydana gələn qarışıqlar səbəbiylə Qərb Göytürklər müstəqil hərəkət etməyi bacarmışlar və yenidən güclənmişdirlər. Bu dövrdə yeni bir ordu qurulmuşdur. Töles boylarının qiyamları yatırılmışdır. 619-cu ildə Sasani İmperatorluğu ilə edilən döyüşdə Qərb Göytürk Xaqanlığı məğrubiyyətə uğramışdır. Qar və On-ox boylarının üsyanı isə Qərb Göytürk Xaqanlığının çöküşünə şərait yaratmışdır. Tong Yabgu əmisi Sebu ilə etdiyi mübarizə nəticəsində 628-ci ildə ölmüşdür. Tong Yabgunun ölümündən sonra Qərb Göytürk Xaqanlığı ikiyə bölünmüşdür. Nuse-pi Boyu dövlətin qərb hissəsini, Tulu Boyu da dövlətin şərq hissəsini idarə etmişdir. Tong Yabgudan sonra yerinə Se-Yabgu Xaqan və Bağatur Sepi Xaqan keçmişdir və Bağatur Sepi Xaqan yalnız 1 il taxtda qalmışdır. Töleslerin qiyamı Qərb Göytürklərin Çinə bağlanmasında təsiri olmuşdur. Qərb Göytürk Xaqanı Uluğ İşbara , Türgişler və Qarların köməyiylə Çin ilə mübarizə etsə də məğlub olmuşdur. 658–659-cu illərdə Çinli general Su Dinqfang Göytürk Xaqanlığına son qoymuşdur.
Qərb Göytürklər 660-cı ildən 681-ci ilə qədər Çin təzyiqi altında yaşamışdır.
Qərb Göytürk xaqanları
redaktə- İstəmi xaqan
- Tarduş
- Apa xaqan
- Nili xaqan
- Basıl Tegin
- Taman xaqan
- Şekuy xaqan
- Tonq Yabqu xaqan
- Bağatur xaqan
- Si Yabqu xaqan
- Nişa Tulu xaqan
- İşbara Teriş xaqan
- Yükük şad
- İrbis Şekuy xaqan
- Xallıq İşbara Yabqu xaqan
Çin rəhbərliyi altında
redaktəYenidən qurulması
redaktə676–679-cu illərdə Çinə üsyan edən Aşina Cuçi qərb xaqanlığını bir ara yenidən qurmuşdu.