Qeraimler - Wikipedia
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها) [1] İranda yaşayan Türk soylu[2] xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib.[3] Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər.
Tarixçə
redaktəXII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər.[4] Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar[5][6] Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər.[7] 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər.[8] 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi.[9] Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi.
Dil və Məzhəb
redaktəQarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Yaşayış yerləri
redaktəGəraylı adıyla
redaktə- Rəzavi Xorasan ostanı: Cacərm (Maqsudlu və Ramazanlı oymaqları)
- Gülüstan ostanı: Ramiyan
- Şimali Xorasan ostanı: İsfərayen (Ərğianlı oymaqı) - Bocnurd[10]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Xalçalıq Qarayi-Gərayli Türklərinin arasında Yaponiyada İranın Əldəqayırma Xalça İttifaqının Saytı
- Encyclopædia Iranica :GERĀYLĪ
Mənbələr
redaktə- « مقاله نقش و نگارهاي گليمينههاي طايفه كوركي از ايل قرايي سيرجان و بردسير». فصلنامه عشايري ذخاير انقلاب، ش 12،(پاييز 1369) و به نقل از آن در:روزنامه جهان اسلام، پنجشنبه 18 مهر 1370.دکتر مرتضی فرهادی
- Türbət Camın etnikləri və tayfaları[ölü keçid]
- Şiraz barəsində Arxivləşdirilib 2012-01-29 at the Wayback Machine
- Türbət Heydəriyənin Qarayi xalçaları kitabı,yazıçı:Maykel Keri Kraft
- ORIENTAL RUG REVIEW Arxivləşdirilib 2012-02-06 at the Wayback Machine
- هاشم جوادزاده. خراسان. ۱۳۸۰. ۱۸۵-۱۸۶
- Ramian gölü Arxivləşdirilib 2012-06-09 at the Wayback Machine
- "Xəbuşan İtkin Sivilizasiya" kitabı.Yazıçı:Əli Qurbanpur Yami.(fars dilində)
- Bocnurd İslam Dünyası Ensiklopediyasında
İstinadlar
redaktə- ↑ Early observers (12th-14th centuries) tend to spell this tribal name Kerait while those of the 19th century favor Karai. Kerait is probably the more correct, while Karai is the latest usage. (Ed. We have changed the author's spelling to Qarai, our reference source being Cambridge History of Iran
- ↑ Rhys, E., The Travels of Marco Polo, New York, 1908, p. 142
- ↑ Gənc-e-Daneş(Bilik xəzinəsi) kiabı,yazıçı Məhəmməd Tağı, təxəllüsü Həkim
- ↑ An in depth account of Togril and Genghis may be found in The Secret History of the Mongol Dynasty by Yuan-Chao-Pi-Shi. A good summary of this is contained in Barthold's Turkestan Down to the Mongol invasion.
- ↑ Rhys, op. cit., p. 116-7.
- ↑ Czaplicka, op. cit., p. 38.
- ↑ Malcolm, J., The History of Persia, London, 1811, p. 147, Vol.2.
- ↑ Wolff, J. D., Narrative of a Mission to Bokhara, New York, 1845, p. 134-5.
- ↑ Yate, C.E., Khurasan and Sistan, Edinburgh, 1900, p. 54.
- ↑ پژوهش در شناخت ایلها و طایفه های عشایری خراسان و نقش سیاسی رؤسای ایلهای بزرگ در امور کشور، و روابط آنها با حکومتها و استعمارگران ، تهران 1369 ش