Qepik - Wikipedia
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi.
Tarixi
redaktəTarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan — 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur.
XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal — nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.[1]
Orta əsrlərdə Bizansda, Çində və Yaponiyada dəmir puldan da istifadə olunurdu. Hazırda dəmirdən (daha doğrusu, poladdan) Boliviya, Braziliya, Hollandiya, Hindistan, İtaliya, Rusiya, Ukrayna və digər ğlkələrin qəpikləri kəsilir.
Həmçinin bax
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Uşaqlar üçün ensiklopediya. Kimya. Bakı, 2008. səh.282