Qenaetcil Istehsal - Wikipedia
Qənaətcil istehsal — maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir.
Bu istehsalın təbiqi zamanı:
- Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır.
- Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir.
- İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur. Buna optimal istehsal deyilir.
Qənatəcil istehsalın tətbiqi nəticəsində aşağıdakılar əldə olunur:
- Aşağı iyerarxiya,
- İşçilərin yüksək məsuliyyəti və kompetensiyası,
- Əsas işlər ətrafında konsentraisya, bununla israfçılığı azaltmaq,
- Müəssisə daxili və xarici əlaqələrdə komunikasiyanın yaxşılaşdırılamsı,
- Sifarişçiyə yönəlmə,
- Bazarda baş verən dəyişikliyə qısa zamanda reaksiya vermək imkanı.
Bu istesal növünün Teylor istehsalından fərqi ondan ibarətdir ki, burada istehsal olunan məmulun sayı yox, sifarişçinin arzusuna uyğun məmul istehsalı ön planda durur. Normal istehsal prosesindən fərqli olaraq burada bütün proses zənciri, xətanı aşkar edən bir işçi tərəfindən dayandırıla bilir ki, bu da onların məsuliyyətinin göstəricisidir.
Mənbə
redaktə- R. Əliyev. Maşınqayırma leksikonu. Bakı: Appostrof, I hissə,2012