Qehreman Mirze Salur - Wikipedia
Qəhrəman_mirzə_Salur - Haqqında Məlumat
Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Salur (21 yanvar 1871, Tehran – 1 oktyabr 1945, Tehran) — Qacar şahzadəsi, əyalət valisi, tarixçi.
Qəhrəman mirzə Salur | |
---|---|
Qəhrəman mirzə Əbdüssəməd mirzə oğlu Qovanlı-Qacar | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Milliyyəti | türk |
Həyatı
redaktəƏbdüssəməd mirzənin ikinci oğlu Qəhrəman mirzə Salur 21 yanvar 1871-ci ildə Tehran çəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. İngilis və fransız dillərini bilirdi. Eynəssəltənə ləqəbi daşıyırdı. Həmədanın valisi, Nəhavəndin, Qəzvinin hakimi olmuşdu.
Qəhrəman mirzə Salur Fars əyaləti qoşunlarının komandanı, Xəmsənin hakimi vəzifəsini icra etmişdi.
Qəhrəman mirzə Salur sərtip (briqada generalı) rütbəsi daşıyırdı.
Qəhrəman mirzə Salur bir çox tarixi kitabların və xatirənin müəllifidir.
Ailəsi
redaktəQəhrəman mirzə Salur Zeynəb xanımla ailə qurmuşdu.Məsud mirzə, Abbas mirzə adlı oğlanları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: Şuşa, 2008, 334 səh.
Xarici keçidlər
redaktə- Genealogy of Saloor family
- Maryam Saloor, Iranian Potter, Ceramist and Sculptor, descendant of Ezz ed-Dowleh [1]
- Qəhrəman mirzə Salur farsca
- Qəhrəman mirzə Salurun kitabları