Qizlar Film 2007 - Wikipedia
Qızlar_(film,_2007) - Haqqında Məlumat
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Qızlar | |
---|---|
Janr |
dram komediya |
Rejissor | Namiq Ağayev |
Ssenari müəllifi | Kamran Qasımov |
Baş rollarda |
Vəfa Zeynalova-Leyla Hüsniyyə Mürvətova-Turan Zümrüd Qasımova-Sevda Təhminə Məmmədova-Arzu |
Operator | Rəşad Nuriyev |
Rəssam | Mehriban Əfəndiyeva |
İstehsalçı | Bakıfilm Kinostudiyası |
İlk baxış tarixi | 30 noyabr 2007, ANS Televiziyası |
Filmin növü | çoxseriyalı bədii televiziya filmi |
Müddət |
35-40 dəq (təxminən) 1-ci seriya: 36,5 dəq. 2-ci seriya: 36,5 dəq. 3-cü seriya: 33,5 dəq. 4-cü seriya: 35,5 dəq. 5-ci seriya: 40 dəq. 6-cı seriya: ?? |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2007 |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Çəkiliş yeri |
Bakı Bakı, Xəzər sahili Bakı, İçərişəhər Bakı, Qız qalası Bakı, Binə qəsəbəsi-Aeroport |
IMDb | ID1188329 |
Məzmun
redaktə- Bakı. XXI əsrin əvvəlləri. Zamanın gerçəkliyi dörd xanımın nəzər nöqtəsində canlanır. Bu qızların hər birinin öz taleyi, öz dünyası, həyata öz baxışları var. Xarakterləri fərqli olsa da, onları bir-birinə bağlayan ali bir qüvvə var: dostluq! Bəs kimdir bu qızlar?!
- Leyla (Vəfa Zeynalova) — jurnalistdir, əsasən gender problemlərindən, eyni zamanda cəmiyyətin sosial yaşantıları haqda yazır. Vətənpərvərdir, daim ictimai ədalət axtarışındadır.
- Turan (Hüsniyyə Mürvətova) — Uğurlu iş adamıdır. Həyat yoldaşı 1992-ci ildə Qarabağda şəhid olub ve bu səbəbdən ömrünün sonunadək sadiq qalacağına söz verib.
- Sevda (Zümrüd Qasımova) — Qadın idman klubunda çalışır, sözübütövdür. Kişiləri yoldan çıxarmaq, onlara dərs vermək hobbisidir. Hələlik cəmiyyət tərəfindən layiqli qiymət almır.
- Arzu (Təhminə Məmmədova) — Əksər azəri qadınlar kimi arzuları böyükdür — ərə getmək istəyir. Amma sevgidə bəxti gətirmir. Çətin vəziyyətlərə düşdükdə isə, rəfiqələri onu düşdüyü vəziyyətdən xilas edirlər.
- Serialda təqdim olunan digər obrazlar, qızların həyatında aparıcı qüvvəyə çevrilirlər. Leylanın işlədiyi yeni redaksiyada qeyri-adi xüsusiyyətlərə malik vəkil Mahmudla (Rəşad Səfərov) tanışlığı, Turanın Türkiyədən qayıtdığı zaman naməlum kişinin onun fotosunu çəkməsi hadisələrə düyün vuraraq, ziddiyyətləri formalaşdırır.
- Məhəbbət, sevgi, nifrət, xəyanət, kriminal aləm, sosial həyat — bütün bu sadalananlar serialın əbədi mövzuları kimi vahid dramaturji xətdə cəmlənərək, daim yeni hadisələr yaradır…
Film haqqında
redaktə- Filmin birinci seriyasında Vəfa Zeynalova, sonrakı seriyalarında isə Vəfa Rzayeva yazılmışdır.
- 24 seriya nəzərdə tutulan serialın çəkilişləri 6-cı seriyada dayandırılıb. Filmin yaradıcı heyətində dəyişiklik edilib. Rejissor Namiq Ağayev öz komandası ilə uzaqlaşdırılıb (1–6 seriya). Sonrakı seriyaları İranlı rejissor Abbas Paknəhat çəkəcək.
Səhvlər
redaktə- Adlar:
- 1)Aktrisa Aytən İsgəndərovanın soyadı İskəndərova yazılmışdır.
- 2)Sürməçi Aybəniz Yunusovanın soyadı Yusifova yazılmışdır.
- 3)Aktrisa Səadət Hüseynovanın soyadı sonrakı seriyalarda Səadət Həsənova kimi yazılmışdır.
- 4)Aktyor Ədalət Əbdülsəmədovun adı "Ədalət Əbdülsəlimov" kimi göstərilmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Kamran Qasımov
- Quruluşçu rejissor: Namiq Ağayev, Abbas Paknəhat
- Quruluşçu operator: [[Rəşad Nuriyev
- İcraçı prodüser: Elnur Əliyev
- Səs rejissoru: Pərviz Ramizoğlu
- Montajçılar: Vüqar Rizvanoğlu, Adil]], Bəhram Nəsibov, Elgün Əzimov, Elşad Həsənov, Gülməmməd Məmmədov
- Quruluşçu rəssam: Mehriban Əfəndiyeva
- Rejissor assistenti: Yeganə Əbdülməmmədova
- Baş redaktor: Mailə Muradxanlı
- Baş prodüser: Vahid Mustafayev
- Redaktor: Aidə Quliyeva
- Baş koordinator: Rafiq Əliyev
- Operator assistenti: Ceyhun Quliyev
- İşıq ustası: Elnur Nuriyev
- Səs operatoru: İlkin Qulamov
- Musiqi tərtibatı: Pərviz Ramizoğlu
- Qrafik dizayn: Səbuhi Ağayev, Əziz Unoyev
- Sürməçi: Aybəniz Yunusova
- Geyim: Kəmalə Zəkiyeva
- Tərtibatçı: Afət Paşaqızı
- İnzibatçı: Tural Qasımov
- Köməkçi: İlham Babayev
- Referent: Sevda Hüseynova
- Texniklər: Sərxan Musayev, Mehriban İlhamqızı
- Sürücülər: Qəzənfər Məmmədov, Zöhrab Rüstəmov
- Aşpaz: Tofiq kişi
- Təhlükəsizlik: Şahin Rəhimov, Nazim Qurbanov, Kamal Əzizov
- Musiqisindən istifadə edilən bəstəkar: Qara Qarayev ("İldırımlı yollarla")
- İfasından istifadə edilən qruplar: Qotan Project, Palast Orchester
- Saç düzümü: Gülya
- İfasından istifadə edilən müğənni: Lui Armstronq (titrlərdə yoxdur)
- Şerindən istifadə edilən şair: Bəxtiyar Vahabzadə ("Gör necə güclüsən" şeri)
Rollarda
redaktə- Vəfa Zeynalova (Vəfa Rzayeva kimi)-Leyla
- Hüsniyyə Mürvətova-Turan
- Zümrüd Qasımova-Sevda
- Təhminə Məmmədova (Təhminə kimi)-Arzu
- Şamil Süleymanov-Fərhad
- Mirzə Ağayev-Əli
- Rəşad Səfərov-Mahmud
- Nahidə Orucova-Sədaqət
- Ramil Qasımov-Ülvi
- Arif Kərimov-Yol polisi
- Səadət Hüseynova-Nigar
- Cavidan Əliyev-Fariz
- Gülnar Əzizova-Qız
- Nicat Kazımov-Nazim
- Rumiyyə Ağayeva-Nata
- Rəşad Məmmədov-Ofisiant
- İlkin Əhmədov-Naməlum adam
- Elşən Rüstəmov-Adil
- Mehriban Hüseynova-Redaksiya işçisi
- Ülviyyə Babayeva-Redaksiya işçisi
- Aytən İsgəndərova-Redaksiya işçisi
- Aybəniz Yunusova-Redaksiya işçisi
- Vüsal Mehrəliyev-Ramin
- Nisə Qasımova-Özü
- Ədalət Əbdülsəmədov (Ədalət Əbdülsəlimov kimi)-Şamil
- Yaqub Zeynalov-Elman
- Ağayar Ağayev-Qurbanov
- Füzuli Hüseynov-Tahir
- Elmira Şabanova-Mahmudun anası
- Gülnar Quliyeva
- Səbiyyə Eynullayeva
- Sevda Hüseynova
Arxiv kadrlarda iştirak edənlər
redaktə- Ernest Heminquey (şəkil) (titrlərdə yoxdur)
- Üzeyir Hacıbəyov (şəkil) (titrlərdə yoxdur)
Çəkilişə köməklik edən qurumlar
redaktə- ANS Press Nəşriyyat Evi
- İP şirkəti
- Elit Ticarət və Əyləncə Mərkəzi
- "İN Studio" gözəllik salonu
- "Dimare" geyim mağazası
- Kafe IV Klub
Çəkilişə kömək edənlər
redaktə- Naxış Mustafayeva
- Nərgiz Mustafayeva
- Nigar İbrahimova
- Venera (vizaj)
- Nüsrət Əfəndiyev (Subaru-Foster və Mitsubishi Lancer avtomobilləri)