Qizilquyruq Caxraqcil - Wikipedia
Qızılquyruq çaxraqcıl (lat. Oenanthe chrysopygia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çaxraqcıl cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Qızılquyruq çaxraqcıl | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qızılquyruq çaxraqcıl |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təsviri
redaktəDağlıq ərazi növü olub, əsasən bozumtul rəngindədir. Qızılı-pas rəngli quyruq hissəsi və quyruq yelpiyində kürən rəng ilə ayırd edilir. Tacı və bel hissəsi tünd bozumtulqəhvəyi tondadır. Üzü və boğazı qaramtıl rəngdədir. Digər çaxraqcılların əksinə olaraq, qanadları açıq və ayaqları yellənən şəkildə havada az qala asılı qalır. Həyəcan siqnalı cingiltilidir. Növ siqnalı isə digər quş səslərinin təqlidindən uzaq, sadə formada təkrarlanan melodik islıq şəkilindədir.Nəğməsi əksınə digər quşların səslərinin təqlıdındən ibarətdir. Uçuş zamanı təxminən 10-15 m yüksəklikdən ötərək keçir
Yayılması
redaktəYuvalama arealı Şərqi Türkiyəni və həmsərhəd Cənubi Qafqaz ərazilərini, İran və Cənubi Türkmənistanı əhatə edir. Kipr və Liviyada təsadüfi qonaqdır. İsraildə, Suriyada və İordaniyada nadir hallarda köç vaxtı rast gəlinir. Qışlama Yəməndə, Səudiyyə Ərəbistanında, şimal-şərqi Afrikada Qırmızı dəniz boyu ərazilərdə keçır. Azərbaycanda Naxçıcan Muxtar Respublikasının Culfa və Ordubad rayonunun bütün yüksəkliklərində tək-tək rast gəlinir. Azərbaycanın Zəngilan və Cəbrayıl rayonlarının ərazisindədə rast gəlinməsi ehtimal olunur.
Həyat tərzi
redaktəQuru, çöl iqlimli və yüksək kolluqlu ovalar ilə əsasən dağlıq bölgələri seçir. Bozqır və çılpaq qayalıqlardakı oyuq, çat kimi uyğun yerləri seçir. Qışda isə nadir olaraq səhra xüsusiyyətləri olan sahələri seçir, ancaq istifadə etdiyi yuvalar yalçın qayalıqlar və quraq ərazilərdəki kolluqlardadır. Əsasən, oturaraq vəziyyətdə cücülərlə qidalanır. Quru torpağı qazıb, qarışdıraraq böcək və s. sürfələri tutur. Bitki üzərindən qapdığı böcək sürfəsini dimdiyi ilə torpağa vuraraq əzir və udur. Çoxalma dövrləri xaricində ümumiyyətlə tək yaşayır. Köç zamanı qısa müddətli istifadə edilən ərazi erkək tərəfindən digər növlərə qarşı müdafiə olunur. Yuvaqurma sahələri qonşularıyla iç-içə keçəcək bir xarakterdədir. Qışladığı sahələrdə oktyabrdan fevral və ya martın ortalarına qədər müşahidə olunur.
Sayı
redaktəDünya üzrə sayı haqqında məlumat yoxdur. Ancaq Avropada 2,100 - 7,000 cüt olduğu təxmin edilir. Sayları olduqca az olmaq üzrə Azərbaycan o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində rastgəlmə tezliyindən asılı olaraq bizim tərəfdən 80-500 cüt olduğu qiymətləndirilir.
Azalma səbəbləri
redaktəDavamsız otarma nəticəsində kolluqların yeni pöhrələrinin məhv edilməsi, kolluqların qırılması, yandırılması və qayalıqların deqradasiyası səbəb ola bilər
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəYaşayış ərazilərindən bəzi yerlərin, Qoruq, Milli Park və Yasaqlığın tərkibində olması mühafizəsinə kömək edir, Avropa mühafizə statusuna (VU), Bonn və Bern konvensiyalarına daxil edilmişdir
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəNövün yaşadığı ərazilərdə otarmanın məhdudlaşdırılması, kolluqların bərpası və qayalıqların deqradasiyasının azaldılması mühafizəyə kömək edə bilər.
İstinadlar
redaktə- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ World Bird List (ing.): IOC World Bird List. 6.4 IOU, 2016. doi:10.14344/IOC.ML.6.4