Qizili Stafilokokk - Wikipedia
Qızılı stafilokokk (lat. Staphylococcus aureus) kürə şəkilli, fakultativ anaerob, qrammüsbət kokklara aid bakteriya. Stafilokokklar hərəkətsizdir və spor əmələ gətirmirlər. Əsasən üzüm giləsini xatırladan bakteriyaların ölçüsü 0.8 1.2 mikrondur. lat. Staphylococcus aureus təbiətdə hər yerdə yayılmış, belə ki, 25–30% insanlarda heç bir simptom büruzə vermədən, dəri örtüyündə əsasən qasıq nahiyyəsində və tənəffüs yollarında xüsusən ağız-burun boşluğunda aşkar edilirlər. Bu halı təbabətdə klinik əlamətlərsiz patogen mikrobların kolonizasiyası ya işğalı adlandırırlar. Qızılı stafilakokk əksər insanın vücudunda kalonizasiya yaradaraq əlverişli şəraiti — immun sisteminin zəifləməsini gözləyir. Bu zaman lat. Staphylococcus aureus həyat üçün təhlükəli ağciyər sətəlcəmi, endokardit, toksiki şok sindromu və sepsis kimi hallara səbəb ola bilir. Xüsusən də bu bakteriyalar antibiotiklərə qarşı güclü müqavimət — multirezistentlik əldə etdikdən sonra daha təhlükəli olurlar. Bəzən onların bədəndən eliminasiya edilməsi bıyük bir problemə çevrilir.[1]
Qızılı stafilokokk | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qızılı stafilokokk |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Adı
redaktəBakteriyanın adı Staphylococcus aureus iki qədim yunan yun. σταφυλή, lat. staphylé (mənası üzüm deməkdir), yun. κόκκος, lat. kókkos (mənası çəyirtdək ya buğda dənəsi deməkdir) və latın lat. aureus (mənası qızılı deməkdir) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Qoyun qanlı aqarda karotenoid piqment stafiloksantinin hesabına qızılı sarı koloniyalar əmələ gətirdiyinə görə ona qızılı stafilokokk adı verilmişdir.
Multirezistent növləri
redaktəQızıli stafilokokkların antibiotiklərə qarşı qazanmış olduqları davamlılığa görə aşağıdakı növlərı mövcuddur.
- MRSA = Methicillin-rezistent Staphylococcus aureus və ya metisillinə davamlı qızılı stafilokokk (MDQS)
- MRE = Multirezistent patogen və ya hədsiz davamlı törədici (HDT)
- ORSA = Oxacillin-rezistent Staphylococcus aureus və ya oksasillinə davamlı qızılı stafilokokk (ODQS)
- VISA = Vancomycin-intermediate Staphylococcus aureus
- VRSA = Vancomycin-rezistent Staphylococcus aureus və ya vankomisinə davamlı qızılı stafilokokk (VDQS)
- MRSA = Multi-rezistent Staphylococcus aureus və ya hədsiz davamlı qızılı stafilokokk (MDQS)[2]
Hədsiz davamlı qızılı stafilokokk — MRSA dedikdə lat. Staphylococcus aureus bakteriyasının hal hazırda mövcud olan β-Lactam qrupundan olan antibiotiklərə qarşı hədsiz davamlı ştammları nəzərdə tutulur.
İstinadlar
redaktə- ↑ "Staphylococcus aureus: nədir, səbəbləri və simptomları, müalicə üsulları". 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
- ↑ "Arxivlənmiş surət". 2010-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.
Mənbələr
redaktəXarici keçidlər
redaktə- Antibiotikaresistenznetzwerk Südwest Arxivləşdirilib 2016-10-02 at the Wayback Machine
- MRSA net, Seite mit zwei Bereichen für Öffentlichkeit und Fachpersonal Arxivləşdirilib 2011-08-28 at the Wayback Machine
- MRSA Netzwerk Ostwestfalen — Lippe, Seite mit Bereichen für Fragen von Angehörigen und Betroffenen Arxivləşdirilib 2011-06-17 at the Wayback Machine
- Infoseite der Uni Köln zu MRSA
- Der wichtigste Erreger im Zusammenhang mit der chronischen/rezidivierenden Furunkulose
- MRSA: Neuer Problemkeim Arxivləşdirilib 2008-06-18 at the Wayback Machine www.sueddeutsche.de, vom 17. Januar 2008
- SARI Antibiotika-Anwendung und Resistenzentwicklung auf deutschen Intensivstationen
- New Strategy Cracks Staph Bacterium's "Golden Armor," Making It Vulnerable To Treatment Arxivləşdirilib 2010-01-11 at the Wayback Machine
- www.badische-zeitung.de, Ratgeber Gesundheit und Ernaehrung, 6. September 2010, Michael Brendler: Problemkeime im Krankenhaus mit Übersicht zu Fallzahlen in Südwest-Baden-Württemberg im Jahr 2010
- Staphylococcus aureus — Krankenhauskeim mag menschliches Blut, bei Spiegel.de