Qirmizi Kxmerler - Wikipedia
«Qırmızı kxmerlər» (khm. ខ្មែរក្រហម, Kmae Krɑhɑɑm, Khmer Kror-Horm; fr. Khmer Rouge) — Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək 1975–1979-cu illərdə ölkəni idarə edən radikal kommunist hərəkat. Hərəkatın qurucusu və lideri Pol Potdur. 1967-ci ildə Kamboca Kommunist Partiyasının silahlı qanadı kimi qurulmuşdur. Təqribən 2 milyon insanın öldürülməsi ilə nəticələnən Kamboca soyqırımında günahlandırılır.
Tarixi
redaktə1960-cı illərin əvvəllərində Fransada təlim keçmiş marksistlərin rəhbərliyi altında şahzadə Norodom Sianuka qarşı üsyanda iştirak edən Kommunistlər 1967-ci ildə bir kəndli üsyanına və 1968-ci ildə sürətlə genişlənən bir qəbilə üsyanına qatılmışdılar. 1970-ci ilin martında, Şahzadə Sianuku devirmiş General Lon Nolun rəhbərliyi ilə sağçı çevriliş ilə Kamboca Respublikası quruldu. Çevrilişdən qısa müddət sonra, ABŞ və Cənubi Vyetnam qoşunlarının ölkəni işğal etməsi ilə Kambocanı Vyetnam müharibəsinin iştirakçılarından birinə çevirdilər.
Yeni rejimin sərt qərarlarından qaçan kambocalı vetnamlılar ilə müstəqil dövlət qurmaq istəyən müsəlmanlardan 2 minə yaxın insan da onlara qoşuldu. Bu zaman Şimali Vetnamın paytaxtı Hanoya aparılıb kommunistlər tərəfindən yətişdirilən başqa kambocalı bir qrupda ölkəyə qayıdaraq Kxmer Vet-Minh adı ilə meydana çıxdı.
General Lon Nol administrasiyası ABŞ-dən hərbi və maliyyə dəstəyinə baxmayaraq, Qırmızı kxmerlərə qarşı uğur qazanmadı. Təxminən beş il davam edən vətəndaş müharibəsi dövründə Kiyö Sampan, Hou Yuon və Hu Nim liderliyində Qırmızı kxmerlər hökumət qoşunlarına qarşı silahlı mübarizədə Kambocanın bütün kəndlərində iqtidarlarını qurdular. Nəhayət, 1975-ci ilin aprelində onlar paytaxt Pnompenə uğurlu hücumla ələ keçirmişlər. Sonra demokratik Kamboca hökumətini qurdular.
1976-cı ilin martında Kiyö Sampan dövlət başçısı oldu, Pol Pot baş nazir oldu. 1977-ci ildə Çin tərəfindən Kommunist Partiyası rəsmən dövlət partiyası olaraq tanınmışdı. XX əsrin ən qanlı rejimlərindən biri olan Qırmızı kxmerlər iqtidarı dünyada heç bir marksist rejimin tətbiq etmədiyi qədər ağır isgəncələr tətbiq etmişdir. Ölkədə demək olar ki, bütün mütəxəssislər və texniki heyət məhv edildi. Şəhərdə yaşayan milyonlarla insan kəndlərə köçürüldü və məcburi olaraq kollektiv təsərrüfatlarda işləməyə məcbur edildi. Rejimə düşmən elan edilənlər ailələri ilə birlikdə qətlə yetirildi. Bu dövrdə, iqtisadi sistemin iflic olması səbəbi ilə, aclıq və epidemiya nəticəsində ölən insanların sayının siyasi səbəblərə görə öldürülənlərlə birlikdə təxminən 2 milyon olduğu ehtimal edilir.
Rejimin sonu
redaktəQırmızı kxmerlərin hakimiyyəti zamanı Kamboca ilə Vyetnam arasındakı sərhəd problemləri 1977-ci ilin dekabrında iki ölkə arasındakı əlaqələrin tamamilə kəsilməsinə gətirib çıxartdı.
1979-cu ilin yanvarında ölkəni işğal edən Vyetnam qoşunları və Vyetnam tərəfdarı kambocalı kommunistlər (KUFNS) Qırmızı kxmerlərin hakimiyyətinə son qoydu və Vyetnamın texniki və maliyə dəstəyinə əsaslanan bir hökumət quruldu. Qırmızı kxmer rejiminin dağılmasından sonra Çinə qaçan Pol Pot və Kiyö Sampan rəhbərliyində Kambocanın ucqar ərazilərimə çəkilən Qırmızı kxmerlər bu dəfə Tayland sərhədə yaxın bazalarından və Çindən kömək alaraq yenidən partizan müharibəsinə başladılar.
1982-ci ildə Vyetnamın dəstəklədiyi mərkəzi hökumətə qarşı çıxan və kommunist olmayan 2 başqa kxmer qrupu ilə Şahzadə Sianukun fəxri başçılığı altında boş bir koalisiya yaratdılar və nəticədə bu koalisiyanın ən güclü hissəsi oldular. Vyetnam qoşunlarının 1990-cı ildə Kambocadan çıxarılmasından sonra vətəndaş müharibəsini sona çatdırmaq üçün Qırmızı kxmerlərlə müharibənin digər tərəfləri arasında müqavilə 1992-ci ildə Parisdə imzalandı, ancaq Qırmızı kxmerlər müqavilənin həyata kəçirilməsində problemlər yaradırdı.
1990-cı illərdə böyük fasilələrə baxmayaraq, xüsusilə də Taylandla sərhəddə partizan müharibəsini davam etdirdilər. 1998-ci ildə Pol Potun ölümündən sonra Qırmızı kxmerlər tamamilə ləğv edildi. Pol Potun varisi Kiyö Sampan (dekabr 1998) təslim olunduqdan sonra, 1999-a qədər bir çox üzv yaxalandı və ya təslim oldu. 1999-cu ildə "Qəssab" ləqəbli Ta Mok həbs edildi.
1975-1979-cu illər arasında Kambocada hakimiyyətdə olan Qırmızı kxmerlər təxminən 2 milyon insanın öldürülməsindən məsul tutulur, ancaq Pol Potun köməkçisi olan Nuon Çea kambocalıların ölümdürülməsində Vyetnamdakı Maoist rejimi günahlandırırdı.
Xarici keçidlər
redaktə- The Khmer Rouge Trial Task Force Arxivləşdirilib 2005-04-03 at the Wayback Machine
- Extraordinary Chambers in the Courts of Cambodia (ECCC)
- The Office of the High Commissioner for Human Rights in Cambodia
- Selected Documents of the Khmer Rouge
- Cambodia Tribunal Monitor
- Condescending Saviours: What Went Wrong with the Pol Pot Regime
- Khmer Rouge S21 art exhibition at Tuol Sleng 26 jan 2011 – 26 apr 2011 by Peter Klashorst