Qirgiz Xaqanligi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı.
xaqanlıq | |
Qırğız xaqanlığı | |
---|---|
|
|
Paytaxt | Ordu-Balıq |
Dilləri | Qədim qırğız dili, Qədim türk dili, Monqol dilləri |
Rəsmi dilləri | Qədim qırğız dili |
Dövlət dini | Tenqriçilik, Manilik |
İdarəetmə forması | Monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİlk dövlət
redaktəQırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər.
İkinci dövlət
redaktəQırğızlar 820-ci ilədək Göytürk xaqanlığı və Uyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü.
Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı. Anhsi və Beşbalıq şəhərlərini Qoço Uyğur idikutluğunun hakimi Bilgə Pan Tiginin əlindən aldı. Dövlətin sərhədlərini Mançuriyaya qədər genişləndirdi.
845-ci ildə Çenmin xaqan Tan sülaləsi imperatoru Vuçonq tərəfindən rəsmən tanınmışdı.
847-ci ildə hakimiyyətə keçən oğlu İnvu Çenmin xaqan isə II Hsüançonq tərəfindən tanınmışdı.[1]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ История Хакасии: с древнейших времен до 1917 года. Раздел II. Хакасия в эпоху феодализма. (VI — первая половина XIX в.). Глава 3. Древнехакасское государство (VI–XIII вв.). Политическая история. 4. Древнехакасское государство в IX–XII вв.. — Москва : Издательская фирма "Восточная литература", 1993. — С. 68.
Mənbə
redaktə- Бартольд В. В. Киргизы: Исторический очерк. Фрунзе, 1927.
- Бичурин Н. Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. Т. I., М.; Л. 1950.
- Козьмин Н. Хакасы: Историко-этнографический и хозяйственный очерк Минусинского края. — Иркутск, 1925.