Qir - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli[1] neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir.
Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur.
Qırlaşma
redaktəTorpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.
Xarici keçid
redaktəHəmçinin bax
redaktəİstinad
redaktə- ↑ Yaqubov Q.Ş. Azərbaycan respublikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekulvitasiyası Bakı 2003