Qipcaq Qax - Wikipedia
Qıpçaq — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Qıpçaq | |
---|---|
41°18′09″ şm. e. 46°49′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 221 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəKəndin adı türkdilli qədim qıpçaq tayfasının adı ilə bağlıdır. Hələ e.ə. 203-cü ilə aid Çin salnaməsində haqqında məlumat verilən qıpçaqlar əvvəllər Altayda yaşamışlar. Sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışlar.
Azərbaycan ərazisinə qıpçaq tayfalarının gəlməsi müxtəlif tədqiqatlarda əks olunmuşdur, belə ki, bəzi tədqiqatçılar bu tarixi hadisəni IV-V əsrlərə (M. Şirəliyev), VII-VIII əsrlərə (L.Bünyadov), HI-IV əsrlərə (Q.Voroşil), XI-XII əsrlərə (Q.Qeybul- layev), IX-X əsrlərə (İbn-əl-Əsir) aid edirlər.
Qıpçaq tayfaları Azərbaycanlıların, qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, qumuq və s. xalqların etnogenezində iştirak etmişlər. Beləliklə, Qıpçaq etnooykonimdir.[1]
Coğrafiyası və iqlimi
redaktəKənd Qaraçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Əhalisi
redaktə1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik Azərbaycan türkləri olan muğallardan ibarət hər iki cinsdən toplam 317 nəfər əhali yaşayırdı.[2]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 162 təsərrüfatda hər iki cinsdən toplam 665 nəfər əhali yaşayır.[3]
1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən kənddə hər iki cinsdən toplam 712 nəfər əhali yaşamaqdadır[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 142
- ↑ 1 2 Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
Həmçinin bax
redaktə Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |