Qimilqislaq Quba - Wikipedia
Qımılqışlaq_(Quba) - Haqqında Məlumat
Qımılqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.[1]
Qımılqışlaq | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Əhalisi | |
Əhalisi | 656 (2009) nəfər |
Tarixi
redaktə- Bu kənd Sovet vaxtı salınan kəndlərdən biridir. 1932-ci ildən Qımılqışlaq adlanır.
Toponimikası
redaktə- Qımılqışlaq oyk., mür.
- Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır.
- Yaşayış məntəqəsinin əsasını Quba rayonu Qımıl kəndindən olanlar qoymuşdur. Görünür, əvvəllər kəndin ərazisi Qımıl kəndinə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir;
- Quba r-nunun Hacıhüseynli i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim Qımıl (kənd adı) və qışlaq sözlərindən ibarət olub, “Qımıl kəndinin qışlağı, qımıllılara məxsus qışlaq” mənasındadır. Yaşayış məntəqəsinin əsasını Qımıl kəndindən olanlar qoymuşlar.
- Əvvəllər Qazmalar, bir müddət Qımılpalasa da adlanmış, sonra isə palasa sözü qışlaq sözü ilə əvəz olunaraq indiki adını Qımılqışlaq almışdır.[2]
Mədəniyyəti və Təhsili
redaktə- Quba rayonu Qımılqışlaq kəndi, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ilə bitişik və eyni adlı kəndlərdir.
- Kənd rayon mərkəzinə 25 km, Xaçmaz rayonuna 10 km məsafədədir. Məsafə yaxınlığına görə Xaçmaz rayonuna avtobus marşurut xətti ilə təmin olunub.
- Kənd yolu 2019 - cu ildə Quba rayonu Hacıhüseynli kənd yoluna kimi asvaltlanmışdır.
- Kənddə 11 illik tam orta məktəbi fəaliyyət göstərir.
- Kənd kitabxanası fəaliyyət göstərir.
Coğrafiyası və iqlimi
redaktə- Düzən ərazilər üstünlük təşkil edir.
- Kəndin quraq və subtropik iqlimi var.
Əhalisi
redaktə- Əhalisi Qımıl qazma və Qımıl kəndlərindən köçənlərdir (60%). Kəndin 99%-i ləzgilərdir. 2009-cu ilin siyahıya alınmaya əsasən kənddə 656 nəfər əhali yaşayır.[3]
Kommunal xətlər
redaktə- Kəndin elektirik, qaz və internet xətləri Xaçmaz rayonundan təmin olunur.
- Kənd əhalisinin içməli suyu subartezian su quyusundan təmin olunur.
İqtisadiyyatı
redaktə- Kənd əhalisi əsasən meyvəçiliklə qismən tərəvəzçiliklə və heyvandarlıqla məşğul olur.
- Kənd təsərrüfatı suvarma suyu Samur - Abşeron kanalından təmin olunur.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |