Qilincyurd Dagi - Wikipedia
Qılıncyurd_dağı - Haqqında Məlumat
Qılıncyurd dağı – Culfa rayonu ərazisində dağ (hünd. 2455,2 m). Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ qolundan qərbə ayrılan eyniadlı şaxəsinin suayırıcısındakı zirvə. Teyvaz kəndindən 3,7 km cənub-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarib çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı Göydağ subvulkanik massivinin qərbində yerləşmiş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir. [1]
Qılıncyurd dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2455,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.