Qis Xan - Wikipedia
Qış Xan - türk və altay mifologiyasında qış ilahı. Gış Xan da deyilir. Qış mövsümünün tanrısıdır. Bu mövsümü nizamlar və vaxtında başlayıb dövründə sona çatmasını təmin edir. Qışda olacaq hadisələri təyin edir.
Daha çox yakutlar arasında inanılan türk mifologiyasına aid bir fiqurdur. Ayaz Ata kimi uşaqlara hədiyyə vermənin simvoludur. Deyilənlərə görə Qış Xaqan, mavi, qara və ağ rəngli bir cübbə geyər. Yaxşı ürəkli və uzun saqqallı bir yaşlıdır. Əlində ağ və çox uzun bir əsa vardır. Başında isə iki dənə çox uzun və iti buynuzdan ibarət olan bir börk (başlıq) daşıyır. Bu buynuzlar buğayı (və ya mamutu) ağla gətirdiyindən ona "Qış Buqa" ("Qış Buğa") və ya "Qış Mamont" (Qış Mamut) deyildiyi də bilinməkdədir.
Etimologiya
redaktə(Kış/Qış/Gış) kökündən törəmişdir. İlin ən soyuq zamanı.
Mənbə
redaktə- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)