Qutb Minar Kompleksi - Wikipedia
Qütb Minar kompleksi Dehli şəhərinin cənub-qərbində Qütb Minar minarəsi və ətrafındakı bir neçə tarixi memarlıq abidələrindən ibarətdir.
Qütb Minar kompleksi | |
---|---|
hind. कुत्ब | |
28°31′28″ şm. e. 77°11′08″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Şəhər | Dehli |
Aidiyyatı | Dehli sultanlığı |
Tikilmə tarixi | 1192- 1198 |
Vəziyyəti | stabil |
Rəsmi sayt | delhitourism.gov.in/delh… |
Tipi | Mədəni |
Kriteriya | iv |
Təyin edilib | 1993 |
İstinad nöm. | 233 |
Dövlət | Hindistan |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dehli sultanlığı dövründə tikilən bu abidələr Hint-İslam memarlığının gözəl nümunələrdir.
1993-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.[1]
Tarixi
redaktəDehli şəhərinin işğalından sonra Sultan Qütbəddin Aybək tərəfindən 1192-1198-ci ildə tikilən Qüvvət’ül-İslam Məscidi tikilməsi ilə Qütb Minar kompleksinin əsası qoyuldu. 1235-ci ildə sultanın özü tərəfindən tikilmiş Şəmsəddin Eltutmuş türbəsi və Alaeddin Halaci tərəfindən 1311-ci ildə tikilən Alai Darvazası Qütb Minar kompleksinin ən gözəl memarlıq nümunələrindən biridir.
Abidələr
redaktəAlai Darvazası
redaktəAlai Darvazası Qüvvət-ül-İslam məscidinin cənub tərəfində yerləşir və məscidin əsas giriş qapısıdır. Alai Darvazası 1311-ci ildə Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilmişdir.
Qütb Minar minarəsi
redaktəQütb Minar minarəsi (hind. क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi.
1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir. Minarənin hündürlüyü 73 metr, diametri 14 metrdir.[2] Qırmızı daş və mərmərdən tikilmişdir.
72,6 metr hündürlüyündə olan və kərpicdən tikilən minarə orta əsr Hind-islam memarlığı nın ən unikal abidəsidir və YUNESCO tərəfindən qorunur. Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən minarənin inşasına 1193-cü ildə başlayıb. Minarənin tikintisini isə varisi Şəmsəddin Eltutmuş tamamlayıb.
Dəmir sütun
redaktəDəmir sütun dünyanın ən əsas metal simvollarından biridir. Sütunun hündürlüyü 7.21 metr, ağırlığı isə 6 tondan çoxdur.Dəmir sütun 402-ci ildə II Chandraqupta (375-414) dövründə hazırlanmışdır.
Mədrəsə
redaktə1316-cı ildə Qüvvət-ül-İslam məscidinin cənub-qərbində Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilən Sultan Əlaəddin mədrəsəsi hindistanda ilk müsəlman mədrəsələrindən biridir.
Alai Minar
redaktəAlai Minar Sultan Əlaəddin Məhəmməd şahın dövründə Qüvvət-ül-İslam məscidinin yaxınlığında tikilmişdir. Alai Minarın hündürlüyü 24.5 metrdir. Alai Minar Xələclər sülaləsinin dövründə tikilən ən gözəl memarlıq nümunələrindən biridir.
Şəkillər
redaktə-
Qütb Minar kompleksinin xəritəsi
-
Dağılmış Jain məbədinin heykəlləri
-
İmam Zamin türbəsi
-
Qütb Minar minarəsi
-
Qütb Minar kompleksinin içi
-
Qütb Minar kompleksinin içi
-
Qütb Minar kompleksi Alai darvazası
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://whc.unesco.org/en/list/233 Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine Qütb Minar kompleksi, UNESCO
- ↑ "Qutub Minar Height". qutubminardelhi.com. İstifadə tarixi: 13 may 2016.[ölü keçid]
Xarici keçidlər
redaktə- Entry in the UNESCO World Heritage Site List
- Qutub Minar Arxivləşdirilib 2015-07-23 at the Wayback Machine
- Quwwat Al-Islam Mosque Arxivləşdirilib 2021-02-20 at the Wayback Machine
- Corrosion resistance of Delhi iron pillar Arxivləşdirilib 2004-01-06 at the Wayback Machine
- Nondestructive evaluation of the Delhi iron pillar Current Science, Indian Academy of Sciences, Vol. 88, No. 12, 25 June 2005 (PDF)
- Photo gallery of the Qutb complex