Putinin Danisiqlar Masasi - Wikipedia
Vladimir Putinin danışıqlar masası 1990-cı illərin sonlarında, Boris Yeltsinin prezidentliyi dövründə Kremldə quraşdırılmış ağ rəngli oval masadır. Bildirilir ki, masa 6 metr (20 fut) uzunluğundadır, fıstıq ağacından hazırlanmışdır və içi boş üç taxta dayaq üzərində dayanır. Ağ laklıdır və yan tərəfi qızılla örtülmüşdür.[1]
Masanın İtaliyanın Kantu şəhərində yerləşən OAK Mebel şirkəti tərəfindən, 1995–1997-ci illər arasında Kremlini döşəmələrlə təchiz edildiyi müqavilənin bir hissəsi olaraq hazırladığını iddia edilir. OAK iddiasını dəstəkləmək üçün 1999-cu ildə Yetlsin tərəfindən imzalanmış sertifikat hazırlamışdır.[2] Bununla belə, ispan istehsalçı Visentey Zaraqoza masının ağ fıstıq ağacından hazırlanıb yanlarının qızıl təbəqə ilə örtüldüyünü və 2005-ci ildə Kremlinə göndərildiyini iddia edir.[1]
Tarixi
redaktə2022-ci ildə Rusiya prezidenti Vladimir Putin dünya liderləri, o cümlədən Emmanuel Makron, Olaf Şolz və Antonio Quterreşlə görüşlərdə bu masadan istifadə edib.[3][4][5] Şəkildə Putin çox uzun ağ görüş masasının bir ucunda, digər iştirakçılar isə digər ucunda ondan uzaqda oturublar. Putin digər uzun masalarda öz rəsmiləri ilə yaxın məsafəli görüşlərdə iştirak edərkən də təsvir edilmişdir.[6] 2022-ci ildə Rusiyanın Ukraynaya istila etməsi zamanı masa çoxsaylı internet memlərinin mövzusuna çevrilmişdir.
Putinin qorxutmaq və güc imicini nümayiş etdirmək cəhdi və ya COVID-19-a yoluxmaq qorxusu üçün uzun masadan istifadə etməyi seçdiyi fərz edilir.[7][8][9] Lakin, Putinin eyni dövrdə Çin Kommunist Partiyasının lideri Si Tszinpin və Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxın görüşlərdə iştirak edərkən görüntülənib.[10]
İstinadlar
redaktə- ↑ 1 2 "Italian craftsman claims Putin's 'unique' oversized table". www.aljazeera.com. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ "Italian craftsman claims Putin's 'unique' oversized table". www.aljazeera.com. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ "Putin's massive table: powerplay or paranoia?". The Guardian. 2022-02-08. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ Saul Derek. "Putin's Long Tables Explained: Why He Puts Some Leaders, Including Germany's Scholz, At An Extreme Distance". Forbes. 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ "Putin breaks out the Kremlin's ridiculously long table to meet with the head of the UN". Business Insider. 25 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2022.
- ↑ "Photos: Putin keeps his distance during meetings". uk.news.yahoo.com. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ "Putin's massive table: powerplay or paranoia?". The Guardian. 2022-02-08. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ "What Putin's very long table tells us about Russia's inner workings". NBC News. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-27.
- ↑ "Thumbelina Politics: a Seat at Putin's Table". artreview.com. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-28.
- ↑ "Xi and Putin urge Nato to rule out expansion as Ukraine tensions rise". The Guardian. 2022-02-04. 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-28.
Xarici keçidlər
redaktə- Vikianbarda Vladimir Putinin danışıqlar masası ilə əlaqəli mediafayllar var.