Publi Kanidi Krass - Wikipedia
Publi_Kanidi_Krass - Haqqında Məlumat
Publi Kanidi Krass — (qədim yun. - "Πουβλιος Κανιδι Κρασσος") Roma sərkərdəsi (e.ə. I əsr), konsul (e.ə. 40-cı il). E.ə. 36–34 illərdə Roma qoşunlarının Cənubi Qafqaza hücumuna başçılıq etmişdi. Dion Kassinin yazdığına görə, iberləri məğlub etdikdən sonra onlarla ittifaq bağlayıb Qafqaz Albaniyasına soxulmuşdu. E.ə. 36-cı ilin sonunda baş vermiş döyüşdə Zoberin başçılıq etdiyi alban qoşunu məğlub oldu. Zober Romanın vassallığını qəbul etdi. E.ə. 30-cu ildə Oktavian Avqustun Mark Antoni ilə olan döyüşündə öldürülmüşdür.