Prunus Laurocerasus - Wikipedia
Prunus laurocerasus (lat. Prunus laurocerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2. Azərbaycanın nadir növüdür.
Prunus laurocerasus | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Prunus laurocerasus |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qısa morfoloji təsviri
redaktəHəmişəyaşıl kol və ya ağacdır. Hündürlüyü 5-6 (10) m-dir. Yarpaqları dərivari, uzunsov-ellipsşəkilli, 5-20 sm uzunluğunda, tamkənarlı və ya az hallarda seyrəkdişlidir, üst tərəfdən parıldayan tünd-yaşıl, alt tərəfdən bir qədər solğundur. Çiçəkləri ikicinsli, beşüzvlüdür, ağırdır, sıx çiçək salxımları qrupuna toplanmışdır, kasayarpaqcıqları sivridir, ləçəkləri tərs-yumurtavaridir, 3mm-ə qədər uzunluqdadır; erkəkcikləri 20 ədəddir, yumurtalıq oturaqdır, sadə sütuncuqludur. Meyvələri dəyirmi-yumurtavari, çəyirdəklidir, yetişəndə qaradır, çəyirdəyi hamar, yumurtavaridir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəAprel-may aylarında çiçəkləyir. Sentyabr ayında meyvə verir. Tozlanması entomofildir. Toxumla və vegetativ üsulla çoxaldılır. Mezofitdir, xüsusən quraqlıq rayonlarda kölgəyə davamlı, işıqsevən, rütubətə və torpağa tələbkardır. Aşağı və orta dağ qurşaqlarında, sıldırım dağ yamaclarında, təpəciklərdə, bəzən isə dəniz səviyyəsindən 2200–2300 m yüksəkliyədək olan yerlərdə, əsasən palıd, vələs və digər tipli meşələrdə meşəaltı cins kimi bitir. Dekorativ bitkidir. Oduncağı bərk, rəngi açıq-sarı, mərkəz hissəsi tünd-çəhrayıdır, yaxşı cilalanır, gözəl rəngə və yüksək texniki xüsusiyyətə malikdir. Meyvəsi yeməlidir. Qabığı, tumurcuğu və toxumu zəhərlidir, tərkibində sianid turşusu vardır.
Ümumi yayılması
redaktəBalkan yarımadası, Kiçik Asiya və İranda təbii arealları vardır.
Azərbaycanda yayılması
redaktəAstara, Balakən rayonları ərazilərində təbii halda yayılmışdır.
Lənkəran ovalığı (Astara şəhərinin ətrafında), Böyük Qafqazın qərb hissəsi (Balakən rayonu Mazım çayının sol sahili). Hirkan Milli Parkının Aşağı Hıron kəndi yaxınlığında, dəniz səviyyəsindən 296 m yüksəklikdədir.
Sayı və tendensiyası
redaktəAntropogen amillər populyasiyanın azalmasını sürətləndirir.
Məhdudlaşdırıcı amillər
redaktəPopulyasiyanın sayının azlığı və antropogen amillər.
Mühafizə tədbirləri
redaktəZaqatala Dövlət Təbiət Qoruğunda və Hirkan Milli Parkında mühafizə olunur.
Zəruri qoruma tədbirləri
redaktəYeni yasaqlıqların yaradılması vacibdir.
Sinonimlər
redaktə- Cerasus laurocerasus Lois.
- Laurocerasus officinalis
- Laurocerasus vulgaris Carr.
- Padus laurocerasus Mill.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 474.