Proseslerin Avtomatlasdirilmasi Muhendisliyi - Wikipedia
Avtomatlaşdırma mühəndisliyi —mühəndislik və informasiyanın idarə olunmasının birləşməsindən ibarət elm sahəsidir. Belə ki, müxtəlif sistemlər hər istiqamətdə: istehsal xərci, məhsulların keyfiyyəti, iş təhlükəsizliyi, ətraf mühit və bazar tələblərinə cavab eləcə də sənaye inzibatçılığı və idarəçiliyi kimi effektiv işləyə bilər.
Avtomatlaşdırma mühəndisləri biliyə, dizayn qabiliyyətinə, yaradıcılığa , sis
temin idarə olunamasına malik şəxslərdir. Məsələn: zavod avtomatlaşdırma, proses avtomatlaşdırma minumum sayda heyət tələb olunan və yaxud özləri tərəfindən iş sistemi yaradılan bina və fərdi evlərin avtomatlaşdırılması kimi.[1]
Avtomatlaşdırma alətləri
redaktəHal-hazırda mühəndislər avtomatlaşdırılmış cihazlar üzərində ədədi nəzarətə malikdirlər. Nəticə isə tətbiqetmələrin və insan fəaliyyətinin sürətlə genişlənməsi olmuşdur. Kompüter dəstəkli texnologiyalar (və ya CAx) hazırda mürəkkəb sistemlərin yaradırılması üçün istifadə edilən riyazi və təşkilati alətlərin əsası kimi xidmət edirlər. Kompüter dəstəkli dizayn (CAD) və Kompüter dəstəkli istehsal (CAM) CAx-ın nümunələridir. Kompüter dəstəkli texnologiyalar tərəfindən məhsulların dizaynı, analizi və istehsalının təkmilləşdirilməsi sənaye üçün faydalı olmuşdur.
İnformasiya texnologiyaları sənaye maşınları və prosesləri ilə birlikdə dizayn, həyata keçirmə və idarəetmə sistemlərinin nəzarətinə kömək edə bilər. Sənaye idarəetmə sistemlərinin nümunələrindən biri proqramlaşdırılan məntiqi kontrollerlərdir (PLC). Proqramlaşdırılan məntiqi kontrollerlər (PLCs) sensorlardan daxil olan giriş və çıxış axınının sinxronlaşdırılmasında istifadə olunan ixtisaslaşdırılmış kompüterlərdir. özləri tərəfindən iş sistemi yaradılan bina və fərdi evlərin avtomatlaşdırılması kimi.
Avtomatlaşdırma alətlərinin müxtəlif növləri mövcuddur:
- Süni neyron şəbəkə (ANN)
- Paylanmış nəzarət sistemi (DCS)
- İnsan-maşın interfeysi (HMİ)
- Supervizor idarəetmə və məlumatların toplanması (SCADA)
- Proqramlaşdırılan məntiqi kontrollerlər (PLC)
- Alətlər
- Hərəkət nəzarəti
- Robotlar
Fəaliyyət sahəsi
redaktəAvtomatlaşdırma mühəndisliyi standart mühəndislik sahələrinin və informasiya texnologiyalarının idarə edilməsinin birləşməsidir. "İnformasiya texnologiyalarının idarə edilməsi", informasiya texnologiyalarının, kommunikasiyanın, şəbəkə idarəçiliyi və informasiya birləşməsinə aiddir. Məzunlar həm dövlət həm də özəl sektorda işləyə bilər: Sənaye məhsulları, avtomatlaşdırma sistemləri yaradan (ABB, Emerson, Avandsis Group, Schneider Electric, Rockwell Automation, NOC&A və s.) və istifadə edən şirkətlər (SOCAR, BP və sənayenin başqa sahələrində o cümədən, kağız sənayesi, avtomobil sənayesi, qida və kənd təsərrüfatı sənayesi). Məzunlar həmçinin bina və fərdi evlərin avtomatlaşdırılması kimi qeyri-sənaye sektorunda da işləyə bilərlər.
İşin təsviri
redaktəİnformasiya sistemləri istehsala nəzarət və idarəetmə, məhsulların çatdırılması və xidmətlər üçün texnologiyaların yaradılması və tətbiqi ilə bağlıdır. Avtomatlaşdırma mühəndisləri dizayn, proqramlaşdırma və simulyasiya edə və avtomatlaşdırılmış maşın və prosesləri test edərək işlərini yekunlaşdıra bilərlər. Avtomatlaşdırma mühəndisləri adətən avtomobil istehsalı, qida emalı zavodları, robot və maşınların istifadə olunduğu sənayedə işləyirlər. Avtomatlaşdırma mühəndisləri xüsusiyyətlərin və onların yaradılmasında lazım olan digər sənədlərin ətraflı dizaynı üçün məsuliyyət daşıyırlar.
Zəruri bacarıqlar
redaktəAvomatlaşdırma mühəndisləri bu keyfiyyətlərə malik olmalıdır:
- Kompüterdə proqamlaşdırma və proqram təminatının yaradılması bacarığı
- Yaradıcı düşüncə
- Problemi ətraflı analiz etmə qabiliyyəti
- Peşəkarlıq
- Komandanın digər üzvləri ilə yaxşı ünsiyyət bacarığı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.