Pratibha Patil - Wikipedia
Pratibha Devisinq Patil (Marathi dili: प्रतिभा पाटील, Pratibhā PāṭīlIAST, ing. Pratibha Patil 19 dekabr 1934) — Hindistanın 12-ci prezidenti.
Pratibha Patil | |
---|---|
Marathi dili: प्रतिभा पाटील, Pratibhā PāṭīlIAST, ing. Pratibha Patil | |
25 iyul, 2007-ci il – 25 iyul 2012 | |
Əvvəlki | Abdul Kalam |
Sonrakı | Pranab Mukerci |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Maxaraştra, Hindistan |
Partiya | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Dini | hinduizm |
pratibhapatil.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəP.D.Patil 1934-cü ilin dekabr ayının 19-da Maharaştra vilayətinin Calqaon rayonunun Nadqaon kəndində anadan olmuşdur.
Təhsili
redaktəİbtidai təhsilini Calqaonun Vidyalaya məktəbində almışdır. Calqaon rayonunun Mulji Ceta Kollecində Siyasi elmlər və iqtisadiyyat üzrə magistr dərəcəsini və Bombey (Mumbay) şəhərinin Hökumət Hüquq Kollecində Hüquq üzrə bakalavr dərəcəsini almışdır.
Siyasi fəaliyyət
redaktə1967-1972 – Maharashtra Hökuməti, Səhiyyə, Qadağan etmə, Turizm, Mənzil Tikintisi və Parlament işləri üzrə Nazir müavini; 1972-1974 – Maharashtra Hökuməti, İctimai rifah üzrə Kabinet Naziri; 1974-1975 – Maharashtra Hökuməti, Səhiyyə və ictimai rifah üzrə Kabinet Naziri; 1975-1976 – Maharashtra Hökuməti, Qadağan etmə, Reabilitasiya və Mədəniyyət işləri üzrə Kabinet Naziri; 1977-1978 – Maharashtra Hökuməti, Təhsil üzrə Kabinet Naziri; İyul 1979 - fevral 1980 – Maharaştranın Qanunvericilik Assambleyasında Müxalifət lideri; 1982-1983 – Maharashtra Hökuməti, Şəhər inkişafı və Mənzil Tikintisi üzrə Kabinet Naziri; 1983-1985 – Maharashtra Hökuməti, Mülki təminat və İctimai rifah üzrə Kabinet Naziri; 8.11.2004 – 21.06.2007 – Racastan vilayətinin qubernatoru 25 iyul 2007-ci il – Hindistan Respublikasının prezidenti vəzifəsinin icrasına başlamışdır. Bu yüksək vəzifəyə seçilmiş ilk qadındır.