Postmedia Network - Wikipedia
"Postmedia Network Canada Corp."[1] (həmçinin "Postmedia Network", "Postmedia News" və ya "Postmedia") — Kanada media konqlomeratı. Şirkət qəzet nəşri, xəbərlərin toplanması və internet əməliyyatları ilə məşğul olur.[2] "National Post" və "Financial Post" nəşrlərinin sahibi olması faktı ilə tanınır.
Postmedia Network | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | kütləvi informasiya vasitələri |
Məhsulu | qəzet |
Təsis tarixi | 2010 |
Baş qərargahın yeri | |
postmedia.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin strategiyası səbəbindən "Postmedia Network" öz nəşrlərinin rəqəmsal xəbərlərin toplanması və yayılmasına, o cümlədən genişləndirilmiş vebsaytlar, smartfonlar və planşetlər üçün rəqəmsal xəbər proqramlarına daha çox vəsait sərf etməsinə gətirib çıxarmışdır.[3] Bu, 2014-cü ildə fəaliyyətə başlamış "Ottawa Citizen"in yenidən təşkili və tərtibi ilə başlamışdır.[4]
"Postmedia"nın 66%-i hal-hazırda ABŞ media konqlomeratı "Chatham Asset Management"ə məxsusdur.[5]
Tarixi
redaktəŞirkətin mülkiyyəti 2010-cu ildə "National Post"un baş direktoru Pol Qodfrey[6] tərəfindən maliyyə cəhətdən problemli Asper ailəsinin "Canwest" şirkəti tərəfindən satılan qəzetlər zəncirinə təklif vermək üçün toplanmışdı. Qodfrey ABŞ özəl kapital firması "GoldenTree Asset Management", eləcə də "IJNR Investment Trust", "Nyppex" və digər investorlardan maliyyə dəstəyi almağı bacarmışdır.[7] Şirkət 13 iyul 2010-cu ildə "Canwest"dən zənciri almaq üçün 1,1 milyard dollar dəyərindəki əməliyyatı tamamlamışdır.[8]
Mübahisələr
redaktə"Postmedia Network"un yaradılması Kanadanın bütün gündəlik və həftəlik qəzetlərinin 90 faizindən çoxunu bir şirkətdə effektiv şəkildə cəmləşdirir.[9]
Pol Qodfrey 2016-cı ildə, "Postmedia"nın bütün şirkətdə işçilərini ixtisar etdiyi bir vaxtda 900 min dollar bonus almışdır.[10]
İstinadlar
redaktə- ↑ "Federal Corporation Information". Corporations Canada. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-28.
- ↑ "You Must Be This Conservative To Ride: The Inside Story of Postmedia's Right Turn". www.canadalandshow.com. 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.
- ↑ "Postmedia revamps Ottawa Citizen's digital service" Arxivləşdirilib 2022-07-08 at the Wayback Machine.
- ↑ "Postmedia revamps Ottawa Citizen's digital service" Arxivləşdirilib 2022-07-08 at the Wayback Machine.
- ↑ "Postmedia Fiscal 2020 Q1 financial report" (PDF). 2021-11-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-08. section 14
- ↑ Olive, David. "Postmedia and the heavy price it pays to survive: Olive". Toronto, ON. January 23, 2015. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2016.
- ↑ Olive, David. "Postmedia and the heavy price it pays to survive: Olive". Toronto, ON. January 23, 2015. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2016.
- ↑ Olive, David. "Postmedia and the heavy price it pays to survive: Olive". Toronto, ON. January 23, 2015. July 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2016.
- ↑ "Diversity of Media Ownership Literally Non-existent in Canada". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
- ↑ "Postmedia executives receive $2.3-million in retention bonuses". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-16.
Xarici keçidlər
redaktə- postmedia.com — Rəsmi saytı
- Canada.com web portal