Postanarxizm - Wikipedia
Postanarxizm - Haqqında Məlumat
Postanarxizm — postmodernizm və poststruktualizmin qarışığından yaranmış anarxist fəlsəfi cərəyan. Postanarxizm sadə bir fikir olmayıb, Jak Lakan, Jil Dilöz, Mişel Fuko kimi poststruktualist müəlliflərdən, Ernesto Laklau, Şantal Muff və Jak Rensiyer kimi postmarksist müəlliflərin fikirlərinin birliyindən doğmuş, Emma Qoldman, Maks Ştirner, Fridrix Nitsşedən bəhrələnmişdir. Postanarxist filosoflar əsasən klassik anarxizmi tənqid edən anarxist şəxslərdir. Termin 1987-ci ildə postanarxist filosof Hakim Bey tərəfindən elmə gətirilmişdir.[1]
Əsas xarakteristikası:
- Diskursdakı subyektin yerinin dəyişməsi
- Seksuallığın və bədənin naturalizasiyası (yəni normal qəbul edilməsi)
- Repressiv hipotezin tənqidi
- Qərb düşüncəsindəki ikili müxalifətin ləğvi
- Cinsi rolların feminist poststruktualizm mövqeyindən dekonstruksiyası.
İstinadlar
redaktə- ↑ ""Post-Anarchism Anarchy" (ingiliscə)". 2008-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.