Portret Fotoqrafiyasi - Wikipedia
Portret fotoqrafiyası — fotoqrafiyanın bir və ya toplu halda insanın özünüifadədən istifadə edərək subyektin əhval-ruhiyyəsini və fərdiliyini nümayiş etdirməsi ilə müşahidə edilən janrlarından biri. Portret sənətinin digər növlərində olduğu kimi fotoqrafiyada da şəklin mərkəzində insan siması əks olunur. Buna baxmayaraq, insanın bütün bədəni ilə arxa fon, eləcə də əsas səciyyəvi məzmun portretin tərkib hissəsini təşkil edə bilər.
Tarixi
redaktəDəyəri nisbətən aşağı olan dagerotip, XIX əsrin ortalarında subyekt üçün məhdudlaşdırılmış oturaq vəziyyəti və rəssamlığın portret janrını üstələyərək, portret fotoqrafiyasının ümumi məşhurluğuna gətirib çıxardı.[1] Bu erkən işlərin üslubu uzun müddət dövrün tələbləri ilə mövcud olmuş rəssamlığın estetikasındakı bəzi texniki problemləri dəf edə bildi. Fiqurlar, adətən, sadə fonların qarşısında yerləşdirilir və güzgülərlə əks olunub-olunmamasından asılı olmayaraq, yuxarı pəncərədən istiqamətləndirilmiş yumşaq işıqla aydınlaşdırılırdılar. Fotoqrafiya avadanlığının imkanları və üsullarının zaman keçdikcə inkişaf etməsi, fotoqraflara təsviri daha qısa vaxt kəsiyində əldə etməyin studiya şəraitində mümkün olmasına imkan yaratdı.[2]
Portretin işıqlandırılması
redaktəPortret fotoqrafiyasının yaradılması studiya şəraitində təşkil olunursa, fotoqraf subyektin tərkib hissəsi kimi işıqlandırmanı tənzimləyə, işığın istiqamətini və gərginliyini çəkilişə uyğunlaşdıra bilər.[3] Çəkiləcək şəxsin simasını işıqlandırmaq üçün bir çox vasitələrdən istifadə etmək mümkündür. Lakin işıqlandırmanın təsviri asan yarada biləcək bir neçə ümumi planları var.[4][5]
Üç nöqtəli işıqlandırma
redaktəİşıqlandırmanın ən əsas planlarından biri üç nöqtəli işıqlandırma adlanır. Bu plan özündə üç və bəzən də dörd işıq quruluşunu əhatə edir.[6] Bu cür işıqlandırma tərzi modelin tamamilə əks olunmasına və onun əsas xüsusiyyətlərini göstərməyə imkan yaradır. Bu sadə plan çərçivəsində qurulan həmin üç əsas işıq quruluşunu aşağıdakılar təşkil edir.[7][8][9]
Əsas işıq
redaktəBəzi hallarda "açar-işıq" olaraq adlandırılan[10] bu işıq quruluşu, adətən, modelin üzünün bir tərəfində mərkəzdən 30 və 60 dərəcədə olmaq şərtilə yerləşdirilir. Qurulduğu zaman gözün səviyyəsindən bir qədər yuxarı istiqamətləndirilməlidir. Əsas işığın qurulmasının məqsədi çəkilən simanın səciyyəvi xüsusiyyətlərini tamaşaçıya təqdim etmək və modelin görünüşünə müəyyən bir forma verməkdir.[11] İşıqlandırmanın ilkin prinsipi olaraq, müvafiq ağ fiqurun təyyarədən çıxması və arxada qalmış təyyarədə müxtəlif qara rəngli hərəkətlərə yol verilməsi kimi nümunələr dəyərləndirilir. Əsas işıqla yaradılmış dərin kölgələri doldurucu işıq vasitəsilə[12] nizamlamaq mümkündür.
Doldurucu işıq
redaktəMüasir fotoqrafiyada doldurucu işıq səhnənin təzadlarının nizama salınması istiqamətində istifadə olunur. Bununla yanaşı, demək olar ki, həmişə linza oxunun üstündə yerləşərək, böyük işıq mənbəyi rolunu oynayır (açıq havada fotoqrafiya ilə məşğul olarkən səmanı başın arxasında təsəvvür etmək lazımdır). Əsas işıqla (açar-işıq) nisbətdə doldurucunun daha az miqdarda işıq verdiyini nəzərə alsaq, əlavə olunan işıq səhnədəki kölgələrin dəqiqləşdirilməsinə xidmət edir. Haqqında bəhs edilən bu istiqamətin kölgədaxili fotoqrafik küylərin mövcud olduğu rəqəmsal fotoqrafiyada işlənməsi xüsusilə münasibdir. Bu prosesi məcazi mənada qeyd etmək daha doğru olar: Bu zaman işıq bütün otaq boyunca sıçrayış edərək kölgələri doldurur. Lakin bu o demək deyildir ki, doldurucu işıq əsas (açar) işığa əks istiqamətdə yerləşdirilməlidir. Bu, kölgələri yumşaltmasa da, onları tamamlayır. Əsas işığın doldurucu işığa nisbi gərginliyi "Dayanma" (ing. Stop) fərqləndirilməsi baxımından daha asanlıqla müzakirə edilir[14] ("Dayanma" əmri işığın gərginliyini ikiqat artırdığı və ya azaltdığı zaman). Doldurucu işıq üçün işıq gərginliyinin 2 dəfə "Dayanma" ixtisarı portretdə baş və çiyin səthinə atışın ölçü nümunəsini saxlamaq üçün səciyyəvi başlanğıc nöqtəsi ola bilər.[15]
Vurğulayıcı işıq
redaktəVurğulayıcı işıq müəyyən bir fiqurun, xüsusilə, digərlərindən fərqləndirilməsi üçün istifadə edilir.[16] Bir qayda olaraq, vurğulayıcı işıq fiquru fondan ayırır.[17] Buna nümunə kimi çərçivə effekti və ya fon işartısı əlavə etmək üçün subyektin saçları üzərində parıltı görünüşü yaradan işığı göstərmək olar. Çəkiliş zamanı eyni zamanda bir neçə vurğulayıcı işığın olması da mümkündür. Başqa misal kimi geniş əhatəli dəb nümayişi zamanı diqqətin məhz modelin əlində tutduğu çantaya yönəldildiyi məqamı qeyd etmək yerinə düşər. Əgər bu işıq növü bölünmə məqsədilə saçların görünüşündə istifadə edilirsə, vurğulayıcı işıq ümumi istifadə zamanı əsas işıqdan daha artıq üstünlüyə malik olmamalıdır. Baxmayaraq ki, fotoqrafiyada heç bir məcburiyyət halı mövcud deyil, lakin buna "Ay işığının öpüşü" və yaxud "İldırım çaxması" nəzər nöqtəsindən yanaşmaq olar. Bütün bu məsələlər əsərin müəllif vurğusunu seçmək üçün çəkilişqabağı nəzərdən keçirilir.[18][19]
Şişirtmə
redaktəŞişirtmə öz növbəsində vurğulayıcı işığın ayrıca bir formasını təşkil edir. Əsasən, subyektin kölgə olan tərəfində onun kənarlarının fon işığı ilə çalarlanması effektini almaq üçün istifadə olunur.[20]
Kəpənək işıqlandırması
redaktəKəpənək işıqlandırması zamanı yalnız iki işıqdan istifadə olunur. Əsas (açar) işıq birbaşa subyektin qarşısında yerləşdirilir. Əsasən fotokameranın üstündə və yaxud azacıq yan tərəfdə quraşdırılır. Onun başlıca işıqlandırma şərtlərindən əsas fərqi nisbətən yuxarıda qurulmasıdır. İkinci işıq isə çərçivə işığı sayılır.[22]
Adətən əksetdirici qurğu çəkilən şəxsin üzündən aşağıda yerləşdirilir. Bu zaman doldurucu işıq öz yerini tutur və kölgələr daha yumşaq şəkil alır.[23]
Bu cür işıqlandırma modelin alın, burun körpücüyü, yanağın yuxarı hissəsinə daha parlaq işıq düşməsi ilə səciyyələnə bilər. Burada burunun aşağı hissəsində tamamilə fərqli kölgə müşahidə olunur ki, bu da kəpənəyin ümumi görünüşünə olduqca yaxınlıq təşkil edir.[24] Buna görə də bu cür işıqlandırma üsulu öz adını məhz oradan götürüb.[25][26]
Kəpənək işıqlandırması Hollivudda məşhur portret ustası, fotoqraf Corc Herrellin ən sevimli üsullarından biri idi. Məhz Herrellin fotoqrafiyada göstərdiyi fəaliyyət nəticəsində bu işıqlandırma üsulu əksər hallarda "Yüksək işıqlandırma" adlanır.[27]
Əlavə işıqlandırma
redaktəBu cür işıqlandırma növü əsas işıqlandırma planlarının sırasına daxil edilə bilər. Onlar əlavə mühüm məqamları üzə çıxara və yaxud fon yaradılması prosesinə ikinci dərəcəli təsir göstərə bilər.[28]
Fon işıqlandırılması
redaktəPortretin işıqlandırılma planının əsas hissəsi kimi olmasa da, fiqurun arxasındakı fon üçün xüsusi işıqlandırma da mövcuddur. Fon işıqlandırılması zamanı arxa planda yerləşdirilmiş detallar seçilir, şəfəq effekti müəyyən edilir. Bu zaman subyektin başının arxasındakı fon hissəciyi işıqlandırıla bilər və yaxud açıq rəngli fonu çevirməklə onu işıqla doldurmaq mümkündür.[29][30]
Digər işıqlandırma avadanlığı
redaktəMüasir fotoqrafiyada istifadə olunan əksər işıq növlərinin ayrıca işıqsaçan növləri də var. Portret incəsənəti üçün işıqlandırma, bir qayda olaraq, işıq sıçrayışı ilə genişləndirilərək çətirin içəri hissəsindəki qurğunun və ya softboksun köməyilə həyata keçirilir.[31] Softboks – parçadan hazırlanmış qutu olub, içərisində qablaşdırılmış şəkildə strob-işıq yerləşir. Onun bir tərəfi işıqkeçirici parçadan hazırlanmışdır. Bu portret üzərində işləyən fotoqrafa daha yumşaq işıqlandırma üçün əlverişli şərait yaradır. Bu qurğu ilə çəkilmiş fotolar, əsasən, sərt işıq verən açıq stroblarla işlənmiş nümunələrin əksinə olaraq, daha keyfiyyətli hesab olunur. Saçlar və fon işıqlandırması üçün nəzərdə tutulan işıqlar adətən geniş yayılmır.[32] Burada səpələnmiş işıqların subyektin digər tərəflərinə doğru nizamlanması daha vacibdir. Keçirici tubuslar, barn-dor, fleq və ya qobo işıqlarının köməyilə, fotoqrafın istəyinə uyğun olaraq, işıqların istiqamətini və mərkəzləşməsini təmin etmək mümkündür.[33] Fon işıqlandırması zamanı, bəzi hallarda, rənglənmiş fon yaratmaq üçün işığın qarşısına qoyulmuş rəngli gellərdən də istifadə olunur.[34]
Pəncərə işıqlı portret yaradıcılığı
redaktəPəncərələrdən portret üçün işıq mənbəyi olaraq, əksər onilliklər ərzində geniş istifadə edilmişdir. Onlar süni işıq mənbələri aşkara çıxarılmamışdan əvvəl çox əlverişli idi. Artur Hemmondun sözlərinə görə, həm peşəkar, həm də həvəskar fotoqraflara portreti işıqlandırmaq üçün yalnız iki vasitə lazımdır: pəncərə və əksetdirici.[35] Baxmayaraq ki, pəncərə işığı süni işıqla müqayisədə fotoqrafiyanın imkanlarını məhdudlaşdırır, lakin bu, həvəskar fotoqraflar üçün tamamilə əlverişli şərait yaradır. Sifətin qaranlıq tərəfini işıqlandırmaq üçün nəzərdə tutulmuş ağ əksetdirici ziddiyyət təşkil edir. Burada ştativdən istifadə etmək şərtilə, fotoobyektivin hərəkəti normal sürətdən daha asta da ola bilər,[36] lakin işıqlandırma cəzbedici dərəcədə yumşaq və zəngin olacaq.[37]
Portretdə pəncərə işığından istifadə üçün ən əlverişli vaxt günün erkən və axşama doğru olan saatları hesab olunur. Həmin vaxtlarda pəncərədəki işıq daha intensiv görünür. Pərdələr, əksetdiricilər və intensivliyi azaldan qoruyucular daha yumşaq işıq əldə etmək üçün istifadə olunur.[38] Pəncərə və eynəklər, eyni zamanda, daha parlaq işıqlandırma üçün vasitə rolunu oynaya bilər. Bəzi hallarda rəngli şüşələrdə filtrlər və xəyali məkanlar portretin arzu olunan rəngli effektini əldə etmək üçün istifadə oluna bilər. Pəncərə işıqlı portretlərdə kölgə kompozisiyası və yumşaq işıq əla nəticə verərək, süni işıqla yaradılmış portretlərdən seçilir.
Arzu edilən effekti əldə etmək üçün pəncərə işığından istifadə etməklə, fotokameranın yerləşməsi dəyişikliyə məruz qala bilər. Məsələn, fotokameranın subyektin arxasında yerləşdirilməsi insan siluetini əks etdirə bilər.[39] Subyektlə həmhüdudluluq kölgə ilə yumşaq işığın ahəngdarlığına gətirib çıxarır. Subyektin zahiri görünüşü baxımından eyni işıq mənbəyinin nəzər nöqtəsi ilə az kölgəli, əsas və həlledici effektlər də yaradıla bilər.
Portret çəkilişinin üslubları
redaktəPortret çəkilişi üçün bir çox müxtəlif üsullar mövcuddur. Adətən çəkilən şəxsin gözlərini tutmaq və sifətin kəskin fokusda olması arzuolunandır. Bu, digər daha az vacib olan elementlərin yumşaq fokusla verilməsinə gətirib çıxarır. Digər hallarda fərdi xüsusiyyətlərə malik olan portretlərdə əllər, gözlər və ya bədənin hər hansı digər vacib hissəsi kompozisiyanın mərkəzində ola bilər.[40]
Bundan əlavə hed-şot[41][42] adlanan digər bir üslub da mövcuddur ki, burada insanın zahiri görkəmi və üz cizgiləri əsas götürülür. Son dövrlərdə bu üslub artıq portret incəsənətinin bir sahəsi olmaqla yanaşı, həm də ondan müstəqil şəkildə istifadə olunur.[43]
Portret incəsənətinə yanaşma
redaktəPortret fotoqrafiyasında dörd əhəmiyyətli yanaşma mövcuddur — quruluşa görə, ətraf mühitə görə, bitərəfliyə görə və yaradıcılığa görə.[44] Onların hər biri uzun müddət ərzində texniki, peşəkar və ya mədəni baxımdan istifadə olunub. Quruluşa görə yanaşmada fotoqraf öz fotosu üçün ideyanı portret ətrafında qurmağa çalışır. Məsələn, xoşbəxt ailə, romantik cütlük, etibar qazanmış rəhbər və s. Bu cür yanaşma daha çox studiya şəraitində və sosial fotoqrafiyada istifadə olunur. Bu yanaşmanın tətbiqi ideyaların ifadə edilməsi baxımından reklam və marketinq sahəsində də geniş yayılmışdır.[45] Ətraf mühitə görə yanaşmada subyekti əhatə edən şərait əsas götürülərək, onun portretinin işdə olarkən, asudə vaxt zamanı, sosial şəraitdə və ailənin bir üzvü kimi göstərilməsinə imkan yaradılır. Çəkilən şəxslər, adətən, iş başında, məsələn, müəllim sinif otağında, rəssam emalatxanasında, uşaq bağçada təqdim olunur. Ətraf mühitə görə yanaşma subyekt haqqında daha çox məlumat vermək imkanına malikdir. Bu cür yanaşma tərzinə aid fotolar özünə görə ilkin mənbə olaraq, tarixi və ya sosial əhəmiyyətə malik ola bilər.[46] Bitərəf yanaşmalı fotolar subyektin bilik səviyyəsinə istinad etmədən gündəlik əsas məşğuliyyətinin göstərilməsi ilə yaradılan portretlərə misal ola bilər. Paparassilərin öz fotolarında bu yanaşmaya müraciət etməsi bu mövzuda müzakirələrin çoxalmasına səbəb oldu. Daha az aqressiyalı və istismar yönümlü bitərəf fotoqrafiya əsrin sonlarında dünyaya insanların müxtəlif vəziyyətlərdə çəkilmiş parlaq və əhəmiyyətli şəkillərini bəxş etdi. Fransız fotoqrafları Rober Duano və Anri Kartye-Bressonun yaradıcılığı bu yanaşmanı özündə əks etdirir.[47] Ətraf mühitə görə fotoqrafiyada olduğu kimi, bitərəf fotoqrafiyada da insanlara yanaşmada tarixi istinadlar olduqca əhəmiyyətlidir. Yaradıcılığa görə yanaşma insanların cəzbedici fotolarını yaratmaq üçün istifadəyə verilmiş rəqəmsal manipulyasiyadan (keçmişdə qaranlıq otaq manipulyasiyası) ibarətdir. Bu artıq portret fotoqrafiyasının başlıca formasına çevrilmişdir və belə üsullar daha geniş anlaşılan və istifadə olunan istiqamətlərə çevrilmişdir.
Linza və obyektivlər
redaktəPortret fotoqrafiyasında istifadə olunan linzalar klassik sürətli və orta teleobyektivlərə ayrılırlar. Lakin istənilən linza fotoqrafın məqsədinə uyğun şəkildə istifadə oluna bilər. Canon şirkətinin bu üsluba aid linzaları ilə tanış olmaq üçün Canon EF Portrait Lenses siyahısına nəzər salmaq lazımdır. Digər istehsalçılar əlavə diapazonlar təklif edirlər. Portret çəkilişi üçün nəzərdə tutularaq hazırlanmış ilk xüsusi linza Petzval obyektivi adlanırdı.[48] Həmin obyektiv 1840-cı ildə Cozef Petzval tərəfindən yaradılmışdı və linzanın 30 dərəcəli olduqca dar görmə bucağı var idi, fokus məsafəsi 150 mm, f/3.3–3.7 genişlik dərəcəsi təşkil edirdi.
Klassik fokus məsafəsi 135 film formatında 80–135 mm-lik diapazonda yerləşir. İri formatda isə 150–400 mm təşkil edir ki, bu da fotoqrafiya tarixində ilk belə fakt hesab olunur.[49] Bu cür baxış sahəsi subyektin təsviri yaradılarkən onun baş və çiyinlərinin perspektiv təhrifinin bərabərləşdirilməsini təmin edir. Qısa fokus uzunluğuna malik olan genişbucaqlı obyektivlər, baxış sahəsinin ölçüsünün bərabər verilməsi üçün portretin daha yaxından çəkilməsini tələb edir. Nəticədə əldə olunan perspektiv təhrif təsvirdə burunun böyük, qulaqların kiçik alınmasına gətirib çıxarır. Bu nəticə isə olduqca mənfi hesab olunur. Genişbucaqlı obyektivlər və hətta "balıq gözü" obyektivləri fotoqrafın bədii təxəyyülünə uyğun şəkildə, xüsusilə mübaliğəli təsvir yaratmaq üçün istifadə oluna bilər.[50][51] Digər tərəfdən nisbətən uzunfokuslu məsafə böyük tarazlığa gətirib çıxarır, çünki onların daha uzaqdan da istifadəsi mümkündür. Bu vəziyyət əlaqəni mürəkkəbləşdirə və qarşılıqlı anlaşılmanı minimuma endirə bilər. Onlar xüsusilə də dəb fotoqrafiyasında istifadə edilə bilər. Lakin daha uzaq məsafədən aparılan çəkiliş bu zaman model və onun köməkçiləri ilə ünsiyyət yaratmaq üçün səsgücləndiricilərdən və yaxud yığcam radioqovşaqlardan istifadə tələb edir. Bu əhatə dairəsində perspektiv təhrifdəki fərq 85 mm ilə 135 mm arasında kifayət qədər hissedilməz dərəcədə olur.[52] Bu mərhələnin nümunə və təhlilini Uilyam Kestlmen aparmışdır.[53]
Ağıllı cəldliyə malik geniş dəlikli sürətli linzalar subyekti fondan ayırmağa yardımçı olan və diqqəti ona yönəltməyi bacaran bir vasitə kimi, fonu bulanıq göstərərək qəfil təsvirə çevrilən məkanın dərinliyinə imkan yaradır.[54] Bu, xüsusilə arxa görüntünün fərqləndirilməsinin aparılmadığı, eləcə də fonun tamaşaçının diqqətini yayındıra biləcəyi çəkilişlərdə gərəklidir. Boke çəkilişinin mahiyyəti fotoda müvafiq bulanıqlıq əldə etməkdir;[55] bəzi obyektivlər, xüsusilə də Nikon şirkətinin "DC" (ing. Defocus Control) linzaları fotoqrafa məhz bu istiqamətdə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradır. Lakin son dərəcə geniş olan dəliklər çox az istifadə edilir. Səbəb isə onların olduqca bəsit dərinliyə malik olmasındadır; bu cür lentə alınmış subyektin üzü isə lazım olduğu qədər mərkəzdə yerləşməyəcək.[56] Belə hallarda, adətən, f/1.8 və yaxud f/2 maksimal dəlik ölçüsü olur; f/1.2 və yaxud f/1.4 də istifadə edilər bilər, lakin bu zaman təsvirdə alınan defokusu xüsusi effekt hesab etmək olar. Çünki bu zaman gözlər kəskin, burun və qulaqlar isə yumşaq nəzərə çarpacaq.
Digər tərəfdən, subyektin mühitdən təcrid olunmayıb, əksinə, hər şey tərəfindən əhatəyə alındığı ətraf mühitə görə portretlərdə arxa fonun bulanıqlığı daha az arzuedilən, çox vaxt isə ümumiyyətlə arzuolunmazdır. Bu zaman genişbucaqlı obyektivlər əsas mənanı ifadə etmək üçün istifadə oluna bilər.[57]
Ən nəhayət, yumşaq fokus (kürəşəkilli yayılma) bəzən arzuedilən effektə çevrilir. Bu, xüsusilə "incə" baxışlar tələb olunan qlamur fotoqrafiyasında gərəkli olur.[58] Yumşaq fokusa malik Canon EF 135 mm f/2.8 bu cür fokus növünün miqdarını nizamlayan müvafiq nümunə hesab edilə bilər.
Daimi fokus məsafəsinin tənzimlənməsinə hesablanmış obyektivlərə daha çox tələbat var. Ona görə ki, təsvirin miqyasının böyüdülməsi tələb olunan vəziyyətə müvafiq olaraq, qaçılmazdır. Bu halda transfokatorlar nəzərə çarpmayan dərəcədə geometrik təhrifə yol verə bilərlər. Lakin transfokatorlar bitərəfliyə görə fotoçəkilişlərdə və yaradıcı quruluşlarda geniş istifadə oluna bilər.[59]
Portret fotoqrafiyası üçün nəzərdə tutulmuş obyektivlər maddi baxımdan o qədər də baha sayılmır. Çünki onlar çox sadə və normal diapazona yaxın şəkildə də hazırlana bilərlər. Ən ucuz portret obyektivləri normal sensor linzalar (50 mm) hesab olunur. Məsələn, Canon EF, 50 mm f/1.8 II Canon şirkətinin o qədər də baha olmayan obyektivləri sırasına daxildir. Lakin 1,6× sensoru istifadə edildiyi zaman təsvir 80 mm-lik fokus uzunluğuna bərabər səviyyəyə çata bilir.
Mobil portret incəsənəti
redaktə"Mən Çikaqoyam" sənədli filmi bir növ bütün bədəni əhatə edən mobil portret incəsənəti üçün eksperiment rolunu oynadı. Çəkilişlərdə həqiqi və həssas işıqlardan istifadə olunmuşdu.[60]
Məzun portretləri
redaktəŞimali Amerikada məzun portretləri formal portretlər hesab olunur və əsasən şagirdlərin orta məktəbin daha yuxarı siniflərində təhsil almağa başladıqları zaman istifadə olunur.
Ənənəvi
redaktəFormal məzun portretləri ənənəsi Amerikada 1880-ci illərdən başlamışdır.[61] Bəzi ənənəvi məzun portretlərində papaq və dondan, eləcə də digər müxtəlif paltarlardan, üslublardan və çəkiliş mövqelərindən istifadə olunur. Sonuncu onillikdə oğlanlar smokinq geyimində, qızlar isə mirvari boyunbağılarla ipək və ya süni xəz parçadan geyimlər geyirdilər. Bunlar əvvəlki formal don və digər geyimlərə simulyasiya hesab olunurdu.
Portret studiyaları bəzi məktəblərə məxsusi olaraq, bütün illik məzun portretlərini çəkmək üçün dəvət olunurdular. Çəkilişlər oxşar üslub və duruş mövqeyində aparılırdı ki, bu şəkilləri əldə etmək imkanı olmayan şagirdlərin də digərləri kimi illik məzun kitabçasında şəkilləri əks oluna bilsin. Bir çox məktəblər isə studiya seçimində və təkliflərində şagirdlərə sərbəstlik verirlər.
Müasir
redaktəMüasir məzun portretləri faktiki olaraq, yaxşı zövq çərçivəsində istənilən geyim seçiminə və mövqeyə imkan verir. Tələbələr tez-tez ev heyvanları ilə görünürlər, idmançı tələbələrə də rast gəlmək mümkündür. Onlar hər iki cinsin geyimi sayılan lettermen idman geyimində, yaxud oyun geyim formasında çəkilişə gələ bilərlər. Bir çoxları isə qlamur fotoqrafiyasına üstünlük verirlər. Açıq hava altında çəkilən "məkan" fotoqrafiyası öz əhatə dairəsini genişləndirməkdə davam edir. Bu zaman məzunların şəxsi marağında olan məkanlardan da istifadə edilir. Müasir imkanlar nəticəsində artıq növbəti gün fotoları onlayn izləmək mümkündür. Lakin ilkin görüntülər aşağı keyfiyyətli görünərək, redaktə olunmamış və studiyanın loqosu olmadan təqdim olunur.
Məzun fotoqrafiyasının istifadəsi
redaktəMəzun portretləri əksər hallarda diplomlarla təltif zamanı təqdim olunur, yaxud da dostlar və ailə əhatəsində verilir. Onları, eləcə də məzun kitabçalarında istifadə edirlər. Bəzi məktəblərdə tələblər daha ciddi olduğuna görə, fotoqraf seçiminin və portretin çəkiliş üslubunun yalnız ənənəvi səpkidə aparılması məqbul hesab edilir. Bir çox təhsil ocaqlarında məzun kitablarının fotolarının işlənilməsi üçün hətta müəyyən edilmiş fotoqrafla müqavilə də bağlanır.[62]
Əksər valideynlər[63] övladlarının məzun şəkillərini iri çərçivəyə salınmış vəziyyətdə nümayiş üçün evlərindən asmağa üstünlük verirlər. Məzun fotoqrafiyasına məxsus şəkilləri nümayiş etdirmək üçün ən gözəl vasitələrdən biri şəxsin kiçik yaşlarından tələbəlik illərinə qədər olan dövrünü əhatə edən fotolarını saat əqrəbləri nümunəsində baxışını təşkil etdirməkdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Kreativelens Photography Photo Keywords: studio
- ↑ "Trying My Hands on Child Photography – Elegant Pink". 2016-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Secrets to Crafting Top-Quality Beauty Portraits: Studio Lighting". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "10 Ways to Shoot Stunning Portraits With Only One Light". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "The Five Basic Portrait-Lighting Setups. By Bill Hurter. Published by Amherst Media". 2016-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Three-Point Lighting for 3D Renderings". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ Explained lighting schemes, lighting a face Arxivləşdirilib 2021-04-25 at the Wayback Machine (ing.)
- ↑ An Introduction to Three-Point Lighting by Stephen Niebauer Arxivləşdirilib 2021-09-13 at the Wayback Machine (ing.)
- ↑ The Standard 3-Point Lighting Technique Arxivləşdirilib 2011-09-25 at the Wayback Machine (ing.)
- ↑ "Advanced Chroma Keying plugin for Final Cut Pro". 2016-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Three Point Lighting: Learn How to Use the Key, Fill, and Back Lights". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Fill Light - Portrait Lighting". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "The incomparable Nadar: Master photographer, political cartoonist and balloonist of 19th-century Paris (ing.)". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "History | Imago Photography". 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Fill-in Flash; Fill-in Light; Fill; Fill Light". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ Акцент в фотографии. Все способы управления вниманием зрителя Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine (rus.)
- ↑ "Basic Types Of Lighting". 2015-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Accent Lighting: Your Only Lighting Showroom between Edmonton and Saskatoon". 2016-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Акцент в фотографии". 2021-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Kicker Usage In Fine Portraiture. What Are Kickers?". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Marlene Dietrich in Shanghai Express by Don English (Paramount, 1932)". Auction Results Archives. Heritage Capital Corporation. 2 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 January 2013.
With direction and lighting by genius Josef von Sternberg, photographer Don English took what would become the most iconic image of Marlene Dietrich.
- ↑ What is Butterfly Lighting? Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine (ing.)
- ↑ "How to Improve Your Portraits by Using Butterfly Lighting". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ Lighting Patterns. Primary Lighting Patterns of Classic Portraiture. Butterfly lighting, also known as Paramount lighting Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine (ing.)
- ↑ "How to Achieve Perfect Butterfly Lighting. A Post By: Christina N. Dickson". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ "The Five Basic Portrait-Lighting Setups by Bill Hurter. Published by Amherst Media". 2016-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-28.
- ↑ "Tutorial: Simple Butterfly Portrait Lighting Setup Yields Beautiful Results". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ Best Film For Portrait Photography [ölü keçid]
- ↑ "Studio Lighting Photography / Greg Clayton". 2016-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ "Getting started with lighting Part 2". 2016-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ Lighting Ratios for Small Flash Photography by Bill Hurter. Published by Amherst Media Arxivləşdirilib 2016-04-20 at the Wayback Machine (ing.)
- ↑ "Portrait Session Podcast". 2016-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ Glossary of Lighting Terms Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine (ing.)
- ↑ Keating, Patrick. From the Portrait to the Close-Up: Gender and Technology in Still Photography and Hollywood Cinematography Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine page 91, Cinema Journal 45, No. 3, Spring 2006 (ing.)
- ↑ Hammond, Arthur. "Pictorial Composition in Photography"
- ↑ Lee Frost. The Complete Guide to Night and Low-Light Photography. Amphoto Books. 2000. ISBN 0-8174-5041-6. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ Keating, Patrick. "From the Portrait to the Close-Up: Gender and Technology in Still Photography and Hollywood Cinematography", page 91, Cinema Journal 45, No. 3, Spring 2006, trinity.edu Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine
- ↑ An explanation of hard and soft light and its usage in photography Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine, additional text.
- ↑ Silhouette artist Arxivləşdirilib 2012-02-18 at the Wayback Machine, accessed November 2, 2008.
- ↑ 9 FUNDAMENTAL STYLES OF PORTRAIT PHOTOGRAPHY. Article By Sasha Gitin Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine (ing.)
- ↑ Headshot tips: how to take (and retouch) a professional portrait Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine (ing.)
- ↑ Kolonia, Peter. "Tips From a Pro: Peter Hurley on High-End Headshot Photography". Popular Photography. 9 April 2015. 27 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2015.
- ↑ Стили в современной фотографии Arxivləşdirilib 2021-09-28 at the Wayback Machine (rus.)
- ↑ Fotografiando la espontaneidad Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine a Xatakafoto (isp.)
- ↑ "Outdoor Portrait Tutorial | Outdoor Portrait Photography Secrets: Part 3". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ Portrait Photography Arxivləşdirilib 2021-09-30 at the Wayback Machine (ing.)
- ↑ "Styles & Approaches for Portrait Photography - Lens & Lights". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- ↑ R. E. Jacobson, The Manual of Photography, s. 77
- ↑ М. Я. Шульман. Фотоаппараты / Т. Г. Филатова. — Л.,: "Машиностроение", 1984. (rus.)
- ↑ David Brooks. Lenses and lens accessories: a photographer's guide. 1982. səh. 29. ISBN 9780930764340.
- ↑ Hill, R. 1924. A lens for whole sky photographs. Quarterly Journal of the Royal Meteorological Society 50:227–235.
- ↑ Greenspun, p. 2 Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine
- ↑ Greenspun, [https://web.archive.org/web/20100608052835/http://photo.net/learn/portraits/?p=2 Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine p. 2 In this range, the difference in perspective distortion between 85mm and 135mm is rather subtle; see (Castleman 2007)] Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine
- ↑ Derivations of DOF formulas are given in many texts, including Larmore (1965), 161–166), Ray (2000, 53–56), and Ray (2002), 217–220). Complete derivations also are given in Conrad's Depth of Field in Depth Arxivləşdirilib 2014-03-20 at the Wayback Machine (PDF) and van Walree's Derivation of the DOF equations Arxivləşdirilib 2016-11-02 at the Wayback Machine.
- ↑ Ken Rockwell Bokeh Arxivləşdirilib 2008-05-14 at the Wayback Machine (ing.)
- ↑ Canon EF 85/1.2L II USM Lens Review Arxivləşdirilib 2010-08-01 at the Wayback Machine, by Philip Greenspun
- ↑ Greenspun, p. 3 Arxivləşdirilib 2010-07-01 at the Wayback Machine
- ↑ Thomas, Mike. "Glamour Shots Take Writer from Bland to Bond". Toronto Star. Orlando Sentinel. May 12, 1994. Section B, p. J.3.
- ↑ Greenspun, p. 4 Arxivləşdirilib 2010-07-01 at the Wayback Machine
- ↑ Miner, Michael. , Chicago Reader Arxivləşdirilib 2011-02-04 at the Wayback Machine, January 27, 2011, accessed March 23, 2011.
- ↑ The Importance of High School Senior Portraits (ing.)
- ↑ "Lifetouch - Photography for a Lifetime". Schoolportraits.lifetouch.com. 2015-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-12.
- ↑ Senior Portrait Photographer Switzerland — Deelee photo [ölü keçid] (ing.)
Mənbə
redaktə- Caputo, Robert., Burian, Peter K. Guía práctica de Fotografía. Paisajes, gente, monumentos. National Geographic. 2003.
- Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Tahir Məmmədov. Bədii fotoqrafiya. Bakı, 2011.
- "Canlı şəkil necə yarandı?". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 46–47.
- Александр Беленький. Цифровая фотография: школа мастерства. СПб.: Питер, 2013.
- Э. Эйнгорн; Л. В. Голованова. Основы фотографии. Москва: Искусство, 1989.
- Scott Kelby: Scott Kelbys Porträt-Retusche-Tricks für Photoshop. Addison-Wesley Sept. 2011. ISBN 978-3-8273-3082-6
- Cora Banek / Georg Banek: Digitale Fotopraxis. Menschen und Portrait. Galileo Design Verlag. ISBN 3-89842-807-9
- Duncan Evan: Digitale Porträtfotografie. Rowohlt 2004. ISBN 3-499-61239-9
- Roger Hicks und Frances Schultz: Portraitfotografie. Laterna Magica 1997. ISBN 3-87467-700-1
- Terry Hope: Porträts: Die Kunst der Schwarzweiß-Fotografie. Laterna Magica 2000. ISBN 3-87467-762-1
- Klaus Honnef (Hrsg.): Lichtbildnisse. Das Porträt in der Fotografie. Rheinland-Verlag GmbH, Köln 1982. ISBN 3-7927-0661-X
- Xavier Lambours, Le portrait, Contrejour, 1994.
- René Bouillot, Clarke Drahce, Le portrait photographique, Dunod, 2011.
- Peter Hince, 100 plans d’éclairage pour la photo de portrait, Eyrolles, 2011.
- Mark Jenkinson, Cours de portrait photographique, Pearson, 2012.
- Jean Turco, L’Art de l’éclairage. Le portrait, Pearson, 2012.
- Natalie Dybisz, Creative portrait photography, Pixiq, 2012. (ing.)
- Collectif, " L’art délicat du portrait ", dans : Compétence photo, n° 32, 2013.
- Jean Turco, Le guide des poses, Pearson, 2014.
- Carl Caylor, Portraiture Unplugged. Natural Light Photography, Armherst Media, 2015. (ing.)
- Travis Gadsby, Portraiture Unleashed. 60 Powerful Design Ideas for Knockout Images, Armherst Media, 2015. (ing.)
- David Miller, Capturing the Face. A Guide to Creative Photographic Portraiture, Amazon Digital Services, 2015. (ing.)
- Peter Hurley, The Headshot. The Secrets to Creating Amazing Headshot, New Riders, 2016. (ing.)
- Naomi Rosenblum; World History of Photography, Abbeville Press Inc., U. S. 2008 , ISBN 978-0789209467
- S. Roumett & C. Frizot; Early Color Photography. Pantheon Books, New York & Paris, 1986. ISBN 0-394-74448-9
Xarici keçidlər
redaktə- DMOZ-da Portrait photographers
- 7 Sencillos Consejos para Ayudarte a Conseguir Retratos Inolvidables
- Fotógrafos Artísticos. Portfolios de fotógrafos artísticos
- Exposiciones de Fotografía Arxivləşdirilib 2018-03-13 at the Wayback Machine. Directorio de exposiciones de fotografía
- El retrato Consejos para hacer un buen retrato
- Aprendiendo a hacer retratos fotográficos por Paul Nelson, Foto Aficionado.es, Nov 4, 2010
- Colección de retratos fotográficos digitalizados en la Biblioteca Digital Hispánica en la Biblioteca Nacional de España (isp.)