Portal Unesco - Wikipedia
Yeni istifadəçilərə · Cəmiyyət · Portallar · Seçilmiş məzmun · Layihələr · Sorğular · Qiymətləndirmə |
Xeops ehramı — Piramidaların daşları təxminən 2 ton ağırlığında olduğu hesab edilir və bu möhtəşəm piramidaları keçmişdə tikmək çətin olduğu üçün piramidaları "Dünyanın yeddi möcüzəsi"ndən biri kimi qələmə almışlar. Xeops ehramının tikintisinə hər biri 2,5 ton olan 2 300 000 ədəd daş sərf olunmuşdur. İlk piramida firon Coserə məxsus olmuşdur. Həmin piramidanın hündürlüyü 60 metr olmuşdur. Ən hündür piramida isə firon Xeopsa aid olmuşdur. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Ehramın tikintisinə firon yaşıyan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn olunurdular. Ehramlar ilə yanaşı burada qayadan yonulmuş 20 metr hündürlüyündə böyük Sfinks (başı insan başı, bədəni aslan bədəni) heykəli qoyulmuşdur. Onu "Dəhşətlər atası" adlandırırlar. |
Marianna Vardinoyannis — UNESCO-nun Xoşməramlı səfiri,yunan xeyriyyəçisi, insan haqları və uşaq sağlamlığı üçün bir dünya müdafiəçisi və təşviqatçısı. Marianna Vardinogiannis Yunanıstanda anadan olub (1937) və Afinada böyümüşdür. Afinada orta məktəbi bitirdikdən sonra Koloradodakı Denver Universitetində İqtisadiyyat təhsili almışdır. Yunanistan gəmi maqnatı Vardis Vardinogiannis ilə evli və beş övladı var idi.
Marianna Vardinogiannis fəaliyyətinə beynəlxalq sülh və qlobal həmrəylik uğrunda mübarizə apardığı müxtəlif təşkilatların, birliklərin və xeyriyyəçi təşkilatların üzvü kimi başlamışdır, baxmayaraq ki, əsas diqqətini əsasən uşaq problemlərinə, sağlamlıq, təhsil, sosial rifah və yoxsulluq, uşaq istismarı və s. yönəltmişdir. |
Dünyanın yaddaşı — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub.
Proqramın məqsədi dünya sənədli irsinin qorunması, istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək, sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması və proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etməkdir. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan Böyük ipək yolu ərazilərinin Ümumdünya İrsi siyahısına daxil edilməsi üçün səylərini birləşdirib. [1]
- 14 yanvar — Ümumdünya Məntiq Günü (2019-cu ildən)
- 21 fevral — Beynəlxalq Ana Dili Günü (2000-ci ildən)
- 21 mart — Dünya Poeziya Günü
- 18 aprel — Tarixi Abidələrin Mühafizəsi Günü (1983-cü ildən)
- 23 aprel — Ümumdünya Kitab Günü (1996-cı ildən)
- 3 may — Ümumdünya Mətbuat Azadlığı Günü (1994-cü ildən)
- 23 avqust — Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü (1998-ci ildən)
- 8 sentyabr — Beynəlxalq Savadlılıq Günü (1966-cı ildən)
- 5 oktyabr — Beynəlxalq Müəllimlər Günü (1994-cü ildən)
- 10 noyabr — Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü (2002-ci ildən)
- 16 noyabr — Beynəlxalq Tolerantlıq Günü (1995-ci ildən)
- noyabrın üçüncü cümə axşamı — Beynəlxalq Fəlsəfə Günü (2002-ci ildən)
- Gilyermo Kano Mükafatı — mətbuat azadlığına verdiyi töhfəyə görə.
- Yana Amosa Komenskovo medalı — pedaqoqika sahəsində nailiyyətlərinə görə.
- Hans Xristian Andersen mükafatı — uşaq yazıçılar və illüstratorlar üçün ədəbi mükafat.
- "UNESCO"nun Sülh Rəssamı — yaradıcı peşə sahibləri üçün mükafat.
- Kalinqi mükafatı — elmin populyarlaşdırılması sahəsində nailiyyətlərinə görə.
- Albert Eynşteyn medalı — elmə verdiyi böyük töhfəyə və elmi sahədə beynəlxalq əməkdaşlığa görə.
|
|
|
|
|
|
|
Proqramlar: Ümumdünya İrsi • Qeyri-maddi mədəni irs • İnsan və biosfer • Dünyanın yaddaşı • "UNESCO" ilə əlaqəli məktəblər • Azad proqram kataloqu
Mükafatlar: UNESCO-nun Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatı • Yana Amosa Komenyus medalı • Hans Xristian Andersen mükafatı
"UNESCO" günləri: Beynəlxalq Savadlılıq Günü • Ümumdünya Kitab Günü • Beynəlxalq Qul Alveri Qurbanlarının Xatirə Günü • Tarixi Abidələrin Mühafizəsi Günü • Beynəlxalq Ana Dili Günü • Ümumdünya Mətbuat Azadlığı Günü • Beynəlxalq Tolerantlıq Günü • Beynəlxalq Müəllimlər Günü • Beynəlxalq Fəlsəfə Günü
Əsas siyahılar: Dünya irsi: Asiya • Afrika • Avropa • Okeaniya • Cənubi Amerika • Avstraliya, Kanada, Rusiya, ABŞ
- Vikianbarda UNESCO ilə əlaqədar mediafayllar var
Xarici keçidlər: |
|