Portal Milad - Wikipedia
Milad Portalı
Milad bayramı (ivr. חג המולד, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.
Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir.
Seçilmiş məqalə
İsanın doğulması və ya Doğulma hadisəsi İsa peyğəmbərin doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir. Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir. Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər. Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər.
Sitat
Milad uşaqlar üçündür. Lakin, o, həm də böyüklər üçündü.
Bu bayramın mühiti soyuğu dəf edərək ürəkləri isidir
Bilirsinizmi
Təqvim
Baz. ertəsi | Çər. axşamı | Çərşənbə | Cü. axşamı | Cümə | Şənbə | Bazar |
1 | 2 | 3 | 4 | 5 | 6 Müq. Nikolay (Liturgik təqvim) | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 Müq. Lusiya |
14 | 15 | 16 Hanukka qürubdan sonra |
17 | 18 | 19 | 20 |
21 Qış gündönümü (ŞY) Yay gündönümü (CY) Yule Çele/Yalda (Fars təqvimi) |
22 | 23 İnsan İşığı |
24 Milad Gecəsi Hanukka |
25 Milad Günü |
26 Çitquşu günü Kvanzaa Baksinq |
27 Uwiha Ch'uyay |
28 Günahsızlar günü |
29 | 30 Xose Rizal (Filippin) |
31 Yeni il bayramı (Qriqori təqvimi) Hogmanay |
Seçilmiş şəkil
Milad nəğmələri
Kateqoriyalar
Əlaqəli portallar
|