Simfoniya No. 5 C minorda — Lüdviq van Bethoven tərəfindən 1804-1808-ci illərdə bəstələnmiş Op. 67 simfoniya. Bu simfoniya tez–tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər dörd hissədən ibarətdir: açılış sonatası, andante, attakkanın da daxil olduğu sürətli scherzo və final. Əsər ilk dəfə 1808–ci ildə Vyanada "Theater an der Wien"də ifa edilmiş və ilk ifadan sonra tezliklə məşhurlaşmışdır. E. T. A. Hoffmann simfoniyanı "tarixin ən mühüm əsərlərindən biri" adlandırmışdır. Simfoniya əsərin motivi olan dörd "qısa-qısa-qısa-uzun" notun iki dəfə təkrarı ilə başlayır. Simfoniya və xüsusilə onun motivi olan dörd açılış notu, bütün dünyada məşhurdur və tez–tez populyar mədəniyyətdə – diskodan roknrola, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdir. Beşinci simfoniyanın yazılması üzün müddət çəkmişdir. Üçüncü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq beşinci simfoniyanın ilk qeydlərini etməyə başlamışdır.
Məqaləni oxu...
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (18 sentyabr 1885, Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948, Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, EA akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938–1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945–1948).
Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir.
Məqaləni oxu…
Əvvəlki məqalələr: … …
Seçilmiş bioqrafiya
İohann Ştraus (alm.Johann Strauss) — XIX əsrdə yaşamış dünya şöhrətli Avstriyalı bəstəkar. İohann Ştraus vals musiqisinə gətirdiyi yenilikərlə tanınır. XIX əsrdə Avropadavals kralı hesab olunan Ştrausun qazandığı uğurları Avropada az sayda Bəstəkar qazana bilmişdir. Ən məşhur əsəri Mavi Tuna valsıdır. Mavi Tuna əsəri əslində xor üçün yazılmışdır. Xor tərəfindən ifa edilən əsər uğur əldə edə bilməmiş, sonralar Ştraus Mavi Tuna əsərini orkestra üçün bəstələmişdir. Əsas 400 musiqi nömrəsi arasında birinci olmuş və Ştrausa böyük uğur gətirmişdir.İohann Ştraus 1825-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Ştrusun özü ilə eyni adı və soyadı daşıyan atası İohann Ştraus dövrünə görə tanınan musiqici idi. İohann Ştraus Vals musiqisinin yaradıcılarından hesab olunurdu, onun rəhbərlik etdiyi orkestraların verdiyi konsertlər böyük marağa səbəb olurdu. Artıq 1830-ci ildə bütün Avropadavalsın simasına çevilən İohann Ştraus övladlarının musiqi ilə məşğul olmasını istəmir və bunu qarşısını bütün vasitələrlə almaq istəyirdi. Bütün cəhtlərə baxmayaraq İohann Ştraus 3 oğlunun dünya şöhrətli musiqici olmasının qarşısını ala bilmədi. İohann Ştrausdan başqa onun Yozef (1827 –1870) və Eduard (1835-1916) adlı qardaşlarıda musiqi fəaliyyətlərini uğurla davam etdirmişdilər.
Məqaləni oxu...
Los-Anceles şəhərində yerləşən Disney konsert salonu
Klassik musiqi nümunələri
Volfqanq Amadey Motsart - Türk marşı
Odettanın rəqsi
Balaca qu quşlarının rəqsi
Vals
Seçilmiş bioqrafiya
İohann Sebastyan Bax(Johann Sebastian Bach) (21 mart1685, Eyzenax – 28 iyul1750, Leypsiq) – dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri.
Mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında opera istisna olmaqla o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş, Barokko musiqisinin inkişafına əvəzsiz töhvələr vermişdir. Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Dahi bəstəkarın ölümündən sonra qoyub getdiyi zəngin musiqi irsi bir müddət diqqətdən kənarda qalır. XIX əsrdə digər dahi alman bəstəkarı Mendelson Baxın musiqisini yenidən "kəşf edir".
Məqaləni oxu...